Icma.az
close
up
RU
100 yaşlı barista 67 ildir məzuniyyətsiz işləyir

100 yaşlı barista 67 ildir məzuniyyətsiz işləyir

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın şimalındakı Nebbuno şəhərində 100 yaşlı barista (espresso əsaslı qəhvə və digər içkilər hazırlayan və xidmət edən bir şəxs) hər gün fasiləsiz işləyir və sonuncu məzuniyyətini 67 il əvvəl götürüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Anna Possi adlı qadın "Bar Centrale" kafesinin sahibidir və ölkədə bu peşənin ən yaşlı nümayəndəsi hesab olunur. O, hər gün müştərilərinə qəhvə təqdim edir və onlarla söhbətləşir. Uzun illər ərzində bir çox müştərisi onun dostuna çevrilib.

Possi və həyat yoldaşı "Bar Centrale"ni 1 may 1958-ci ildə açıblar. İlkin dövrlərdə burada yalnız qəhvə verilsə də, sonradan menyuya spirtli içkilər də əlavə olunub. 1970-ci illərdə isə kafe musiqi avtomatı və stolüstü futbol masası sayəsində populyar məkanlardan birinə çevrilib.

"İnsanlar bura ünsiyyət qurmaq, rəqs etmək və vaxt keçirmək üçün gəlirdilər", deyə Possi xatırlayır.

Bu gün "Bar Centrale" özünəməxsus atmosferini qoruyub saxlayır. Musiqi avtomatı artıq olmasa da, müştərilərin kitab mübadiləsi edə biləcəyi bir rəf yaradılıb. Bazar günləri isə Possinin öz əlləri ilə bişirdiyi alma piroqu təqdim olunur.

Yaşına baxmayaraq, Possi aktiv və maraqlı qalmağa davam edir. O, hər səhər kompüterində xəbərləri oxuyur və fond bazarını izləyir.

"Mən hələ də öyrənmək və dünyanı daha yaxşı başa düşmək istəyirəm", deyə o bildirib.

Uzun ömrünün sirrini insanlarla ünsiyyətdə və işinə olan sevgisində görən Possi pensiyaya çıxmağı planlaşdırmır. O, gənclərə sevdikləri peşəni seçməyi tövsiyə edir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Mart 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri