1000 dollar qazanmaq üçün hansı ölkələrdə neçə saat işləmək lazımdır?
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
“Our World in Data” platforması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) orta illik əməkhaqqı və iş saatları ilə bağlı məlumatları əsasında araşdırma hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, araşdırmada müxtəlif ölkələrdə orta hesabla 1000 dollar qazanmaq üçün neçə saat işləmək lazım olduğu hesablanıb.
Hesablamalarda ölkələrdəki qiymət fərqləri də nəzərə alınıb. Bu səbəbdən gəlirlər alıcılıq qabiliyyəti pariteti (PPP) əsasında müqayisə edilib. Vergilər isə hesablamaya daxil edilməyib.
Nəticələr göstərir ki, yüksək gəlirli ölkələrdə insanlar 1000 dollar qazanmaq üçün daha az saat işləyirlər.
Siyahının ilk sıralarında əsasən Avropa ölkələri yer alır:
Lüksemburq – 16 saat
İslandiya – 16 saat
İsveçrə – 18 saat
Norveç – 19 saat
Danimarka – 19 saat
Hollandiya – 19 saat
Avstriya – 20 saat
Almaniya – 20 saat
Belçika – 21 saat
Amerika Birləşmiş Ştatları – 22 saat
Avstraliya – 23 saat
Birləşmiş Krallıq – 24 saat
İsveç – 24 saat
Kanada – 25 saat
Fransa – 25 saat
Ən çox işləməli olan ölkələrin siyahısında isə Latın Amerikası və Mərkəzi Avropa ölkələri yer alır:
Kolumbiya – 86 saat
Meksika – 78 saat
Yunanıstan – 60 saat
Kosta Rika – 53 saat
Macarıstan – 51 saat
Çili – 51 saat
Çexiya – 48 saat
Slovakiya – 47 saat
Portuqaliya – 45 saat
Polşa – 43 saat
Estoniya – 42 saat
Latviya – 38 saat
Cənubi Koreya – 38 saat
Türkiyə – 37 saat
İsrail – 34 saat
Bu mövzuda digər xəbərlər:iPhone 17 almaq üçün müxtəlif ölkələrdə neçə gün işləmək lazımdır?
18 Sentyabr 2025 20:15
iPhone hansı ölkələrdə baha və ucuzdur? Azərbaycanda almaq üçün 8 ay işləmək lazımdır... (SİYAHI)
03 Avqust 2026 11:16
Bakıda mənzil almaq üçün 16 il işləmək lazımdır Digər ölkələrdə vəziyyət necədir?
16 Aprel 2025 12:51
Pul qazanmaq üçün mütləq hər gün işləmək lazımdır?
05 Aprel 2026 19:32
Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?
15 May 2025 23:26
Baxış sayı:116
Bu xəbər 28 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















