Icma.az
close
up
RU
“1000000 Zəkanın Şifrəsi” Təqdimat mərasimi keçirilib FOTOLAR

“1000000 Zəkanın Şifrəsi” Təqdimat mərasimi keçirilib FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda Nizami Kino Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı, publisist Aydın Tağıyevin növbəti,  “1000000 Zəkanın Şifrəsi” adlı kitabının təqdimat mərasimi keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, mərasimdə mədəniyyət, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə tanınmış akademik və alimlər,  millət vəkilləri, ziyalılar, yazıçının qələm dostları, media nümayəndələri və kitabsevərlər iştirak ediblər. 

Təqdimata açılış nitqi ilə müəllif Aydın Tağıyev başlayıb. O, çıxış edərək,   qonaqları salamlayıb, kitabın yazılma məqsədi, məzmunu və əsas ideyaları haqqında danışıb.

Müəllif üçüncü kitabının oxuculara dərin düşüncə tərzi aşılamaq və zəka potensialını artırmaq məqsədi daşıdığını bildirib. Kitabın hər yaş kateqoriyasından olan oxucuları nəzərə alaraq yazdığını qeyd edən müəllif, əsərdə yer alan müxtəlif bölmələr haqda geniş izah verib.

Daha sonra elm adamları, ziyalılar, qələm adamları, eyni zamanda kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslər və tədbirin təşkilati məsələlərini həyata keçirən komanda çıxış ediblər. Qonaqlar kitabın elmi və fəlsəfi dəyərindən söz açaraq, müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. Bildirilib ki, “1000000 Zəkanın Şifrəsi” yalnız bir kitab deyil, həm də insan düşüncəsinə yeni bir baxış bucağı gətirən əsərdir.

Sonda iştirakçılar müəlliflə kitab haqqında fikir mübadiləsi aparıb, həmçinin müəllif imzalı kitablar əldə ediblər.

Xatırladaq ki, Aydın Tağıyev "İlk Zəfər marşı" və "Vətən Marşı"nın müəllifidir. Müəllifin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Fədakarlar bir amalın uğrunda" və "Böyük zəfərin 101 şəhidi" kitabları işıq üzü görüb. On ildən çoxdur ki, Aydın Tağıyevin Azərbaycan həqiqqətlərinə dair məqalələri 10 dildə dünya mətbuatında yayımlanır. "Qızıl medal" mükafatçısı olan müəllif, "Qarabağ həqiqətləri 1992-2020" layhəsi və hazırda davam edən "Vətən" layihəsinin rəhbəridir. Paralel olaraq, “ANmedia.az” informasiya portalı, "Əsrin aydınları" jurnalı və "Əsrin Aydınları” mükafatının həmtəsisçisidir.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Mart 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri