108 Çağrı Mərkəzinə daxil olan müraciətlərin 15 faizini səsli botlar cavablandıracaq
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
"108" Çağrı Mərkəzinə daxil olan müraciətlərin ilkin mərhələdə 15 faizi səsli botlar vasitəsilə cavablandırılacaq. SİA xəbər ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi sədrin müşaviri Mehdi Cavadov "Dövlət idarəetməsində data əsaslı qərar qəbul etmə" mövzusunda panel müzakirədə deyib.
Onun sözlərinə görə, agentliyin çağrı mərkəzinə gündəlik 5 min müraciət daxil olur:
"Süni intellektin tətbiqi vasitəsilə ilkin mərhələdə həmin zənglərin 15 faizinin, sonrakı mərhələdə isə 30 faizinin cavablandırılması planlaşdırılır".
M.Cavadov bu prosesdə süni intellekt tətbiqinin hansı müsbət nəticələrə gətirib çıxaracağına da aydınlıq gətirib:
"İlk olaraq səsli botlar vasitəsilə 7/24 xidmət prosesi asanlaşacaq. Gözləmə müddəti və itirilmiş zəng sayı sıfıra endiriləcək. Operatorların səmərəliliyi də artırılacaq. Çağrı mərkəzinin keyfiyyət əmsalı da rahat izləniləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 04 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















