Icma.az
close
up
RU
11 gün yuxusuz: Adi məktəb təcrübəsi bir yeniyetmənin həyatını necə dəyişdi

11 gün yuxusuz: Adi məktəb təcrübəsi bir yeniyetmənin həyatını necə dəyişdi

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1964-cü ildə Kaliforniya ştatının San Dieqo şəhərindən (ABŞ) 17 yaşlı Rendi Qardner ən uzun oyaqlıq müddətinə - 264 saat 25 dəqiqəyə görə dünya rekordu qırıb. Keçmiş yazılarımızda Stenford təcrübəsi haqqında sizə geniş məlumat vermişdik.
 

Bu dəfə Sfera.az sizə Stenford təcrübəsində iştirakçı olmuş 17 yaşlı Rendi Qardnerin yaşadıqları barədə yazı təqdim edir. Rendinin sözlərinə görə, eksperimentin nəticələri onun səhhətinə ciddi təsir edib.
 

Məktəb elmi layihəsi çərçivəsində aparılan tədqiqata Stenford Universitetinin yuxu mütəxəssisi Dr. Uilliam Dement rəhbərlik edib. Dostları Bruce McAllister ilə birlikdə yeniyetmələr qarşılarına iddialı bir vəzifə qoyublar, lakin təcrübənin nəticələri zərərsiz olmayıb.
 

Qardner ikinci gün ilk mənfi simptomları yaşamağa başlayıb. Üçüncü gün onun vəziyyəti kəskin şəkildə pisləşib: əsəbilik, konsentrasiya problemləri, qısamüddətli yaddaş itkisi, paranoyya və hallüsinasiyalar müşahidə edilib. Təcrübəni müşahidə edən Dr.Dement və ABŞ Hərbi Dəniz Qüvvələrinin leytenant komandiri Con Ross sağlamlıqlarının pisləşməsinin gedişatını qeyd ediblər.
Qardnerin fiziki hazırlığına baxmayaraq, yuxusuzluğun təsiri ilə mübarizə getdikcə çətinləşib.
 

"Biz Qardneri basketbol oynayaraq və ya boulinqlə canlandıra bilərdik, lakin o, gözlərini yuman kimi dərhal yuxuya gedirdi" - deyə Dement xatırlayır.
 

Təcrübə bitdikdən sonra Qardner 14 saat yatıb və özünü olduqca normal hiss etdiyini iddia edib.
 

Lakin məlum olub ki, rekordun nəticələri illər sonra onun sağlamlığına təsir edib. Verdiyi müsahibədə o, yetkinlik dövründə yuxusuzluqdan əziyyət çəkməyə başladığını, yuxu problemlərini həmin məktəb təcrübəsi ilə əlaqələndirdiyini bildirib.
 

"Bu mənim üçün dəhşətli idi. Hər şey məni əsəbləşdirirdi. Bu, 50 il əvvəl etdiklərimin nəticələrini xatırladırdı" - Qardner etiraf edib.
O, həmçinin yuxu rejiminə riayət etməyin nə qədər vacib olduğunu vurğulayıb.
 

"Yuxu su və yemək qədər vacibdir. Bu, mənim "böyük üçlük" adlandırdığım şeyin bir hissəsidir - su, yemək, yuxu" - deyə o əlavə edib.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Dekabr 2024 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri