11 illik buraxılış imtahanları eyni vaxtda keçirilməlidir Repetitordan ÇAĞIRIŞ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Martın 9-da keçirilən 11 illik buraxılış imtahanından 2 nəfər, martın 15-də keçirilmiş imtahandan isə 9 nəfər maksimal nəticə 300 bal toplayıb. Bu hal isə cəmiyyətdə narazılıqla qarşılanıb. Bildirilir ki, martın 15-də keçirilən imtahan 9-da keçirilən imtahandan daha asan olduğu üçün maksimum nəticə toplayanlar daha çoxdur.
Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, buraxılış imtahanları vahid qaydada olmalıdır:
"Deyək ki, 9-da olan imtahan çətin idi, 15-də olan imtahan ondan bir az yüngül idi. Bu baxımdan burada haqsızlıq və ədalətsizlik var. Çünki imtahanların hamısı vahid olsaydı, ballar da eyni qaydada bölünərdi. Problem budur. 11 illik buraxılış imtahanları eyni vaxtda olmalıdır. İki zona imtahanı birləşdirilib bir zona olsa, daha yaxşı olar".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 24 Aprel 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















