11 modul tipli məktəbə 5,6 milyon xərclənəcək
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika ərazisində modul tipli təhsil müəssisələrinin qurulması ilə bağlı işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, ölkə üzrə 11 ədəd modul tipli məktəb binasının quraşdırılması işləri “AS-TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib. Qurumla sözügedən şirkət arasında bağlanmış müqavilənin ümumi dəyəri 5 milyon 603 min manat (5.603.000,04 AZN) təşkil edir.
Qeyd edək ki, modul tipli məktəblərin quraşdırılması xüsusilə ucqar və kənd yaşayış məntəqələrində təhsil infrastrukturunun yenilənməsi, qəzalı vəziyyətdə olan məktəb binalarının müasir standartlara cavab verən tədris ocaqları ilə əvəzlənməsi məqsədilə həyata keçirilir. Online shopping Azərbaycan
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















