Bu məktəbdə oxumaq təhlükəyə çevrilib BƏRDƏDƏN ŞİKAYƏT
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Bərdə rayonunun Məmmədli kəndində yerləşən Azər Tağıyev adına tam orta məktəbin binası bərbad vəziyyətə düşüb. Divarları dağılan, uzun illərdir əsaslı təmir üzü görməyən məktəb binası artıq şagirdlər və müəllimlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.
SİA xəbər verir ki, sakinlərin sözlərinə görə, məktəbin binası o dərəcədə yararsız vəziyyətə düşüb ki, burada tədrisin davam etdirilməsi ciddi narahatlıq doğurur. Binanın acınacaqlı durumuna baxmayaraq, şagirdlər hər gün bu məktəbə gəlir, dərslər isə heç nə olmamış kimi adi qaydada keçirilir.
Valideynlər bildirirlər ki, xüsusilə yağışlı və küləkli havalarda vəziyyət daha da dözülməz olur. Məktəbin mövcud vəziyyəti övladlarının təhlükəsizliyindən narahat olan valideynləri təşvişə salır.
Bir tərəfdə təhsil almaq istəyən uşaqlar, digər tərəfdə isə yararsız vəziyyətdə olan məktəb binası… Sakinlər məktəbin bu vəziyyətdə fəaliyyətini davam etdirməsinin nə qədər təhlükəsiz olduğu ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Noyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















