Icma.az
close
up
RU
11 ölkə İran dronlarına qarşı Kiyevdən dəstək istəyir

11 ölkə İran dronlarına qarşı Kiyevdən dəstək istəyir

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kiyev “Şahed” tipli hücum dronlarına qarşı mübarizə təcrübəsi ilə bağlı xarici hərbçilərdən 11 sorğu alıb.

Reyting.az “Business Insider”ə istinadla xəbər verir ki, ABŞ, Yaxın Şərq və Avropa ölkələri Ukraynanın təcrübəsinə maraq göstərirlər.

“Ukraynanın həyatların qorunması, tutuculardan, elektron müharibə sistemlərindən istifadə və mütəxəssislərin hazırlanması təcrübəsinə açıq maraq var”,-Ukrayna prezidenti Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna öz təcrübəsini bölüşməyə, eyni zamanda səmasını hücumlardan qorumaq qabiliyyətini artırmağa hazırdır.

Kiyevə görə, Rusiyanın 2022-ci ilin fevral ayında tammiqyaslı işğalının başlanğıcından bəri Ukraynaya təxminən 57.000 “Şahed” dronu buraxılıb. Rusiya qüvvələri müntəzəm olaraq bu dronlardan şəhərlərə zərbələr endirmək üçün istifadə edir və çox vaxt yüzlərlə dronu eyni vaxtda buraxır.

Problem ondadır ki, bu cür dronlar onları vurmaq üçün istifadə edilən raketlərdən xeyli ucuzdur. Bir “Şahed” təxminən 20-50 min dollara başa gəldiyi halda, onları vurmaq üçün “AIM-132 ASRAAM” kimi bir tutucu raket təxminən 250.000 dollardır.

Problemi həll etmək üçün Ukrayna eyni vaxtda bir neçə metoddan istifadə etməyə başlayıb. Bunlara elektron müharibəni gücləndirmək, pulemyotlarla mobil qruplar yaratmaq və ixtisaslaşmış tutucu dronların yerləşdirilməsi daxildir.

Bu cür dronların qiyməti cəmi 2000-6000 dollar arasında dəyişə bilər və bir “Şahed” dronunu məhv etmək qabiliyyətinə malikdir. Lakin onların effektiv istifadəsi təlim keçmiş operatorlar tələb edir və bu təlim aylarla çəkə bilər.

Zelenskinin sözlərinə görə, Ukrayna artıq müttəfiqlərinə kömək etməyə başlayıb. Xüsusilə, Kiyev İordaniyadakı Amerika bazalarını dəstəkləmək üçün bir sıra tutucu dronlar və bir qrup mütəxəssis göndərib.

Amerika ordusu həmçinin bölgədə öz tutma sistemlərini, xüsusən də düşmən dronlarını məhv etmək üçün təkrar istifadə edilə bilən dronlardan istifadə edən “Merops” sistemini yerləşdirir.

Pentaqonun məlumatına görə, fevralın sonlarında ABŞ-İsrail İrana hücumlarının başlamasından bəri Tehran bölgədəki hədəflərə 2000-dən çox hücum dronu atıb.

V. QULİYEV


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Mart 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri