117 yaşında ölən qadının uzunömürlü olmasının səbəbi müəyyən olundu
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Həkimlər ötən il 117 yaşında vəfat edən ispan qadın Maria Brañas Moreranın DNT-sini və digər bioloji markerlərini tədqiq edərək onun uzun ömür sürməsinin səbəbini müəyyən ediblər.
AzPost-un məlumatına görə, bu barədə Daily Mail bildirir.
Alimlər belə qənaətə gəliblər ki, Morera gündə üç dəfə qatıq yeyib. Onun tərkibində Lactobacillus delbrueckii bulgaricus və Streptococcus thermophilus bakteriyaları var.
“Qatığın sağlamlıq və uzunömürlülük üçün faydalarını göstərən əvvəlki sübutlar çox azdır, buna görə də bu, bir irəliləyişdir” -deyə tədqiqat rəhbəri Manel Esteller bildirib.
O, əlavə edib ki, Morera qatıqdan əlavə səkkiz müxtəlif taxıldan ibarət gündəlik smuzi içkisini içib. O, həmçinin siqaret çəkməyib və spirtli içki qəbul etməyib.
Bundan əlavə, Xosep Karreras Leykemiya Tədqiqat İnstitutunun və Barselona Universitetinin Xərçəng Epigenetik Qrupunun rəhbərlik etdiyi beynəlxalq alimlər şəbəkəsi qadının bütün genetik profilini digər çox yaşlı insanlarla müqayisə edərək araşdırdılar.
Məlum olub ki, Moreranın əla genləri var. O, səmərəli xolesterin və lipid mübadiləsinə malik olub. Bu da onun uzun ömür sürməsinə və yaxşı bilişsel sağlamlığına kömək edib.
O, iki dünya müharibəsindən, İspaniya vətəndaş müharibəsindən, ispan qripi pandemiyasından və COVID-19-dan sağ çıxıb. 113 yaşında COVID-19-a yoluxsa da tez sağalıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















