Icma.az
close
up
RU
12 ci üçtərəfli görüş...

12 ci üçtərəfli görüş...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri protokol imzaladılar...

Cənubi Qafqaz regionu geosiyasi baxımdan dünyanın ən həssas və strateji əhəmiyyətli məkanlarından biridir. Tarixən müxtəlif maraqların toqquşduğu bu bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsi həm regional, həm də qlobal miqyasda vacib şərtdir. Məhz bu səbəbdən Azərbaycan, Türkiyə və Gürcüstanın birgə təhlükəsizlik əməkdaşlığı, hərbi təlimləri və qarşılıqlı müdafiə mexanizmlərinin gücləndirilməsi son illərdə regionun ən mühüm proseslərindən birinə çevrilib.

Şübhəsiz ki, Azərbaycanın bu prosesdə rolu həlledici xarakter daşıyır. 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Zəfər regionda yeni geosiyasi reallıqlar formalaşdırdı, Azərbaycanın nüfuzunu və hərbi-siyasi çəkisini daha da artırdı. Şuşa Bəyannaməsi ilə təsbit edilən Azərbaycan-Türkiyə strateji müttəfiqliyi isə artıq yalnız ikitərəfli əlaqə kimi xarakterizə olunmamalıdır - bu sənəd bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik sisteminin əsas dayaqlarından birinə çevrilib. Bəyannamə regionda sabitliyin qorunması, müdafiə gücünün koordinasiyası və qarşılıqlı yardım mexanizmlərinin yaradılması baxımından fundamental əhəmiyyət daşıyır.

Gürcüstan da bu təhlükəsizlik zəncirinin mühüm halqasına çevrilib. Ölkənin həm NATO ilə əməkdaşlığı, həm də Azərbaycan və Türkiyə ilə qurduğu birgə əməkdaşlıq münasibətləri Cənubi Qafqazda təhlükəsizlik mühitinin möhkəmlənməsinə real töhfələr verir. Son illərdə keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri regionda müdafiə koordinasiyasını gücləndirməklə yanaşı, həm də mümkün təhdidlərə qarşı çevik reaksiya imkanlarını artırıb. Bu təlimlər yalnız taktiki səviyyədə təcrübə mübadiləsi deyil, həm də siyasi baxımdan bölgənin təhlükəsizlik indeksinin yüksəldilməsinə, sabitliyin və etimadın dərinləşməsinə xidmət edir. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstanın formalaşdırdığı bu yeni təhlükəsizlik modeli Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı etimadın təminində mühüm rol oynayır və bölgənin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Hərbi əməkdaşlığın inkişaf etdirilməsi...

Yeri gəlmişkən, oktyabrın 9-da Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında 12-ci üçtərəfli görüş keçirilib. Ankara şəhərində keçirilən görüşdə xalqlarımız arasında mehriban qonşuluq və dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə daim inkişaf etdiyi diqqətə çatdırılıb. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani regionda mövcud hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini, eləcə də hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər. Görüşdə müdafiə sahəsində üçtərəfli əməkdaşlığın bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi qeyd olunub.

Üçtərəfli əməkdaşlıq regionun dinc gələcəyinə töhfə verir...

Tərəflər, həmçinin ölkələrimiz arasında keçirilən üçtərəfli və ikitərəfli birgə təlimlərin vacibliyini vurğulayaraq hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Üçtərəfli görüşün yekununa dair protokol imzalandıqdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə, Azərbaycan və Gürcüstanın regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyətini digər ölkələr üçün nümunə göstərib. O bildirib ki, üç ölkəni tarixi bağlar birləşdirir və münasibətlərin səviyyəsi strateji xarakter daşıyır və ikitərəfli, eləcə də üçtərəfli əsasda əməkdaşlığın gücləndirilməsinə iradə nümayiş etdirilməsi mütləqdir. Yaşar Gülər qeyd edib ki, son dövrün prosesləri “Cənubi Qafqaz tarixində sülh, sabitlik və əməkdaşlığa əsaslanan yeni bir səhifənin açılacağına” ümidləri möhkəmləndirir. “Nazirlərin Ankarada keçirilən üçtərəfli görüşünün iştirakçıları müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa hazır olduqlarını vurğulayıblar ki, bu da regionun dinc gələcəyinə töhfə verir”, - deyə Türkiyə naziri bildirib. O, Ankaranın Azərbaycan və Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiq olduğunu xüsusi qeyd edib. Yaşar Gülər Cənubi Qafqaz, “beynəlxalq təhlükəsizlik balansı və sabitlik baxımından kritik əhəmiyyətə malik region adlandırıb”. “Ankara, Bakı və Tbilisi arasında sıx əməkdaşlıq hər üç ölkənin maraqlarına cavab verir və eyni zamanda regionda sülhə və sabitliyə mühüm töhfə verir”, - deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb. Nazir əlavə edib ki, bu ideya oktyabrın 9-da Ankarada imzalanmış Üçtərəfli Protokolun əsasını təşkil edir.

Qeyd edək ki, bu üçtərəfli hərbi əməkdaşlıq regionun təhlükəsizlik indeksinin yüksək olmasında əhəmiyyətli amildir. Üçtərəfli əməkdaşlıq daha sıx müdafiə-koordinasiya, qarşılıqlı hərbi interoperabelliyin (birgə əməliyyatlar, xüsusi təyinatlı qüvvələrin və komanda-ştab sistemlərinin uyğunluğu) yüksəlməsində əsaslı rol oynayır. Paralel olaraq təhlükəsizlik və qarşılıqlı müdafiə qabiliyyətinin artması ön plana çıxır - birgə təlimlər vasitəsilə qüvvələr bir-biri ilə daha yaxşı işləyir, komanda-ştab praktikaları, kəşfiyyat/logistika və xüsusi əməliyyatlar sahəsində təcrübə paylaşılır. Son 5 ildə bir sıra üçtərəfli təlimlərə imza atılıb. Qeyd edək ki, “Caucasian Eagle / Caucasian Eagle-(il)” adı ilə keçirilən xüsusi təyinatlı qüvvələrin üçtərəfli təlimləri hər il keçirilir. Bu təlimlər 2021-ci ildə Türkiyədə, 2022-ci ildə Gürcüstanda, 2024-c? ildə isə Azərbaycanda baş tutub.

İkitərəfli görüşlər...

Səfər çərçivəsində ikitərəfli görüşlər də baş tutub. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşündə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub. Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar. Əlaqələrimizin möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib. İkitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib.

Eyni zamanda Zakir Həsənovun gürcüstanlı həmkarı İrakli Çikovani arasında baş tutan görüşdə Azərbaycan və Gürcüstanın hərbi sahədə əməkdaşlığının regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Qeyd edilib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Regionda mövcud hərbi-siyasi vəziyyəti müzakirə edən nazirlər üçtərəfli və ikitərəfli formatda əməkdaşlığın inkişaf edərək bütün sahələri əhatə etməsinin xalqlarımızın dayanıqlı sülh şəraitində firavan yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Görüşün sonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın yeni perspektivlərindən, təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyindən danışılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see176

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see159

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see156

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see144

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri