Icma.az
close
up
RU
12 illik təhsil sisteminə nə zaman keçirik? Şagirdlər üçün zərurət

12 illik təhsil sisteminə nə zaman keçirik? Şagirdlər üçün zərurət

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

12 illik təhsil sisteminə keçid illərdir müzakirə olunur. Uzun müddət danışıqlar aparılsa da, onun üçün nə qanun qəbul edilib, nə də mövcud qanunvericilikdə dəyişikliklər aparılıb. Dünyanın bir çox inkişaf etmiş və inkişafda olan ölkələrində də bu sistemdən istifadə olunur. Adətən I-IV, V-IX, X-XII siniflər olmaqla, bölünür. Ali məktəbə hazırlaşanlar, məhz 10-cu sinifdən etibarən seçdikləri ixtisas qrupu üzrə təhsil alırlar.

Bu sistemin müzakirəsinin əsas səbəblərindən biri də, qeyri-iş günləri, bayramlar, eləcə də dərs saatların 45 dəqiqə olması mövzuların sıxışdırılaraq keçilməsinə, dərsin tam qavranılmamasına səbəb olmasıdır.

Azərbaycan niyə hələ də, bu sistemə keçmir?Bunun üçün nə çatışmır?

Milli Məclisin elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, məsələnin Parlamentdə müzakirəsi üçün nazirlik tərəfindən qanun daxil olmalıdır:

“12 illik təhsil sisteminə keçid məsələsi davamlı müzakirə olunur. Dünyanın əksər ölkələrində məhz bu sistem mövcuddur. Azərbaycanda təhsilin inkişafı ilə bağlı strategiyada da, nəzərdə tutulub. Bu dəyişikliyi etmək üçün ilk növbədə “Təhsil haqqında” Qanuna əlavələr və düzəlişlər edilməsinə ehtiyac var. Amma ondan öncə Elm və Təhsil Nazirliyi bu məsələdə təşəbbüs irəli sürməlidir. Parlamentə belə bir qanun daxil olduqdan sonra müzakirə oluna bilər.

Vaxt itkisi

12 illik təhsil sistemi ilə bağlı mənfi yanaşmalar da var. Onun uzun müddətli və vaxt itkisi olduğu da bildirilir. Xüsusən 12 illik sistemə keçən ölkərdə aparılır bu müzakirələr.

Azərbaycan ailələrinin bu məsələyə nə qədər hazır olduqları da, əsas məsələdir. Lakin fikrincə, beynəlxalq standartlara cavab vermək üçün bu addımı atmalıyıq”,-deyə deputat fikrini yekunlaşdırıb.

Bəs görəsən, bu sistemin şagirdlər üçün hansı əsas faydaları ola bilər?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 12 illik təhsil modelinə keçid boşluqları aradan qaldırmaq, tədrisin məzmununu və tempini balanslaşdırmaq məqsədi daşıyır:

“Təhsil sisteminin keyfiyyəti yalnız tədrisin məzmunu ilə deyil, onun təşkilati quruluşu ilə də müəyyən olunur. Azərbaycanın mövcud 11 illik ümumi təhsil modeli uzun illər ərzində bir sıra islahatlarla yenilənməsinə baxmayaraq, zamanın tələbləri və beynəlxalq standartlar fonunda bəzi struktur boşluqlar yaradır. Dərs planlarının yüklənməsi, mövzuların sıx keçilməsi, qeyri-iş və bayram günlərinin çoxluğu nəticəsində tədris prosesində fasilələrin yaranması şagirdlərin bilikləri tam mənimsəməsinə mane olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ümumi təhsil müəssisələrində dərs ilinin faktiki müddəti 167 gün olub, halbuki OECD ölkələrində bu göstərici orta hesabla 190–195 gün təşkil edir. Bu, o deməkdir ki, Azərbaycan şagirdi il ərzində 25–30 gün az təhsil alır, bu da biliklərin sistemli şəkildə formalaşmasını zəiflədir.

“Təhsil haqqında” Qanunun 11-ci maddəsinə görə, ümumi təhsil dövlətin müəyyən etdiyi pillələr üzrə həyata keçirilir və hər bir pillə şagirdin intellektual, mənəvi və sosial inkişafını təmin etməlidir. Lakin 11 illik sistemdə bu inkişaf mərhələlərinin bir-birini tam izləməsi çətinləşir, xüsusilə də orta və yuxarı siniflərdə tədris proqramlarının sıxlığı şagirdin təfəkkür və bacarıq səviyyəsinə uyğunlaşmır. Elm və Təhsil Nazirliyinin son illərdə apardığı araşdırmalarda da göstərilir ki, şagirdlər arasında dərs proqramının çoxluğu və vaxt azlığı səbəbindən fənlərə qarşı motivasiya azalır. Bu, xüsusilə VIII–XI siniflərdə özünü daha çox göstərir.

12 illik təhsil modelinə keçid məhz bu boşluğu aradan qaldırmaq, tədrisin məzmununu və tempini balanslaşdırmaq məqsədi daşıyır. Bu modelin tətbiqi təkcə bir il əlavə dərs deyil, bütün kurikulumun və fənn ardıcıllığının yenidən qurulması deməkdir. Müsbət tərəfi ondadır ki, təhsil mərhələləri daha sabit, sistemli və yaş dövrünə uyğun şəkildə bölünəcək. İbtidai təhsil mərhələsində əsas bacarıqların möhkəmləndirilməsi, orta mərhələdə praktik biliklərin dərinləşdirilməsi, yuxarı mərhələdə isə təmayülləşmənin genişləndirilməsi üçün əlavə bir il həm pedaqoji, həm psixoloji baxımdan zəruridir. Bu, “Təhsil haqqında” Qanunun 14.3-cü maddəsində göstərilən “şagirdin ixtisaslaşmaya hazırlığı” prinsipinin real icrasına imkan verəcək.

Dünya təcrübəsi

Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrin əksəriyyəti 12 illik təhsil modelini tətbiq edir. Məsələn, Avropa İttifaqına üzv ölkələrin 90 faizində, Asiyanın qabaqcıl dövlətləri olan Yaponiya, Cənubi Koreya və Sinqapurda təhsil 12 illikdir. Türkiyədə 2012-ci ildən tətbiq olunan “4+4+4” sistemi nəticəsində ümumi təhsilin müddəti 12 ilə çatdırılıb və bu modelin tətbiqindən sonra PISA göstəricilərində 2015-ci illə müqayisədə 2022-də 11 bal artım qeydə alınıb. Azərbaycanın 11 illik sistemində PISA 2022 nəticələri üzrə orta bal 389 təşkil etdiyi halda, 12 illik model tətbiq edən ölkələrin ortalaması 450-dən yuxarıdır. Bu fakt strukturun öyrənməyə təsirinin birbaşa sübutudur”.

12 illik sistemin tətbiqi maliyyə, infrastruktur və kadr baxımından müəyyən çətinliklər yaradacaq

“12 illik sistemin tətbiqi maliyyə, infrastruktur və kadr baxımından müəyyən çətinliklər yarada bilər. Hal-hazırda ölkədə 4400-dən çox ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və onların hamısında əlavə sinif səviyyəsinin yaradılması üçün həm fiziki şərait, həm də əlavə müəllim resursu tələb olunur. Bununla belə, Elm və Təhsil Nazirliyinin 2025–2030-cu illəri əhatə edən “Təhsil inkişafı üzrə strateji plan”ında bu keçidin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Nazirlik artıq yeni tipli məktəblərdə, xüsusilə təmayül liseylərində 12 illik modelin pilot tətbiqini sınaqdan keçirməklə bu prosesin real mexanizmini formalaşdırır. Bu planlı və elmi əsaslı yanaşma sistemli islahat mədəniyyətinin nümunəsidir.

12 illik sistemə keçid həmçinin dərs yükünün bərabər paylanmasına, mövzuların daha dərin mənimsənilməsinə və şagirdlərin psixoloji rahatlığının təmin edilməsinə kömək edəcək. Məsələn, hazırkı 45 dəqiqəlik dərs formatı və sıx cədvəllər nəticəsində bir çox müəllimlər proqramı vaxtında çatdırmaq üçün yalnız məlumat ötürür, tətbiq və təhlil mərhələsinə kifayət qədər vaxt ayıra bilmir. 12 illik sistem isə müəllimlərə fənn məzmununu mərhələli şəkildə öyrətmək imkanı verəcək, bu da şagirdin düşünmə və analiz bacarığını gücləndirəcək.

12 illik təhsil sistemində oxumuş məzunlarının göstəriciləri yüksəkdir

Beynəlxalq müqayisələr göstərir ki, 12 illik təhsil modelinə malik ölkələrdə məktəbi bitirənlərin ali təhsilə qəbul göstəricisi daha yüksəkdir. OECD məlumatına görə, 11 illik sistemli ölkələrdə məktəbi bitirənlərin 54 faizi ali təhsilə davam edir, 12 illik sistemdə isə bu göstərici 72 faizdir. Azərbaycan üçün bu keçid həm də insan kapitalının keyfiyyətinə, əmək bazarına çıxan gənclərin bilik və bacarıq səviyyəsinə birbaşa təsir göstərəcək.

Hesab edirəm ki, 12 illik təhsil modelinə keçid Azərbaycanın təhsil sistemini beynəlxalq standartlara yaxınlaşdıracaq, kurikulumun məzmununu optimallaşdıracaq, müəllim və şagird üçün öyrənmə prosesini daha rahat və məqsədyönlü edəcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar – struktur islahatlarının mərhələli həyata keçirilməsi, təmayül və pilot məktəblərdə yeni modelin sınaqdan keçirilməsi, təhsil proqramlarının yenidən tərtibi – strateji və uzaqgörən yanaşmadır. Bu modelin tətbiqi nəticəsində təhsil prosesi zamanla deyil, keyfiyyətlə ölçüləcək, dərs öyrənmənin deyil, inkişafın mərkəzinə çevriləcək. Azərbaycanın gələcək təhsil mühiti daha çevik, dərin və beynəlxalq səviyyədə rəqabətədavamlı olacaq”,-deyə K.Əsədov fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri