Icma.az
close
up
RU
“12 QƏZƏBLİ KİŞİ” VƏ BİR QƏRARIN MƏSULİYYƏTİ...

“12 QƏZƏBLİ KİŞİ” VƏ BİR QƏRARIN MƏSULİYYƏTİ...

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azər Rəşidoğlu

Sidney Lumetin 1957-ci ildə çəkdiyi “12 Angry Men” - “12 qəzəbli kişi” filmi kino tarixinin yadda qalan ekran əsərlərindən biridir. İlk baxışdan adi məhkəmə dramını xatırlatsa da, əslində, insan xarakteri, ədalət, məsuliyyət və düzgün qərar vermək haqqında ciddi düşüncələr yaradır.

Filmin süjeti sadədir, on iki andlı bir yeniyetmənin taleyi ilə bağlı qərar verməlidir. İlk səsvermədə on bir nəfər onun təqsirli olduğuna inanır. Yalnız biri tələsmir. O, hökm verməzdən əvvəl bütün məqamların bir daha nəzərdən keçirilməsini istəyir. Onun məqsədi mübahisədə qalib gəlmək deyil, mümkün qədər obyektiv və ədalətli qərara nail olmaqdır.

Məhz bu məqam filmi adi ekran əsəri olmaqdan çıxararaq daha geniş mənəvi və ictimai müzakirənin mövzusuna çevirir.

Tarix göstərir ki, mühüm qərarların dəyəri təkcə nəticələri ilə deyil, hansı düşüncə və təhlil prosesindən keçərək qəbul edilməsi ilə də ölçülür. Ətrafında eyni fikri bölüşən insanları görmək insana rahatlıq verə bilər. Ancaq fərqli yanaşmalar qərarların daha dərindən təhlilinə imkan yaradır.

Həyatda tez-tez belə vəziyyətlərlə qarşılaşırıq. Bir hadisə haqqında ilk eşitdiyimiz məlumatı bütöv həqiqət kimi qəbul edirik. Sonradan yeni faktlar ortaya çıxsa belə, ilkin qənaətimizi dəyişməkdə çətinlik çəkirik. Çünki insan üçün bəzən yanıldığını etiraf etmək asan olmur.

Halbuki müdriklik hər şeyi bildiyini düşünmək deyil. Müdriklik yeni məlumatı qəbul etmək, bilmədiklərini öyrənmək və lazım gəldikdə fikrini yenidən nəzərdən keçirmək bacarığıdır.

“12 qəzəbli kişi”nin diqqət çəkən cəhətlərindən biri də fərqli fikirlərə münasibətdir. Film göstərir ki, hər bir məsələyə müxtəlif rakurslardan baxmaq mümkündür. Bu, yalnız məhkəmə prosesində deyil, elmdə, mədəniyyətdə, ictimai münasibətlərdə və idarəçilikdə də mühüm əhəmiyyət daşıyır.

Əlbəttə, hər fikir doğru deyil. Lakin əsaslandırılmış yanaşmanı dinləmək, faktları müqayisə etmək və nəticəyə tələsmədən gəlmək sağlam düşüncə mədəniyyətinin göstəricisidir.

Müasir dövrdə informasiya bolluğu bu məsuliyyəti daha da artırır. Xəbərə çatmaq asanlaşıb, amma məlumatı təhlil etmək, onun etibarlılığını müəyyənləşdirmək əvvəlki kimi diqqət tələb edir. Bəzən hadisələrin mahiyyətini anlamaq üçün ilkin təəssüratdan uzaqlaşmaq, müxtəlif mənbələrə müraciət etmək və emosiyalardan daha çox faktlara söykənmək lazım gəlir.

Filmdə bir nəfərin səbirli mövqeyi digərlərinin də məsələyə yenidən baxmasına şərait yaradır. Burada əsas məqsəd kiminsə üstünlüyünü nümayiş etdirmək deyil. Əsas məsələ ümumi müzakirə nəticəsində daha əsaslandırılmış qərara gəlməkdir.

Bu, idarəçilik və kollektiv məsuliyyət baxımından da maraqlı yanaşmadır. Hər bir ciddi qərarın arxasında təcrübə, bilik və məsuliyyət dayanır. Müzakirə, məsləhətləşmə və müxtəlif təkliflərin nəzərdən keçirilməsi qərarların keyfiyyətinə təsir göstərir. Fərqli fikirləri dinləmək qarşıdurma deyil, daha düzgün nəticəyə gəlmək üçün əlavə imkandır.

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı səsləndirdiyi “Nəyi, nə vaxt və necə etməyi bilirəm” fikri də sonrakı hadisələr fonunda diqqətəlayiq məna qazandı. Siyasi proseslərin gedişi göstərdi ki, burada söhbət yalnız nə etmək istədiyini bilməkdən getmirdi. Əsas məsələ uyğun məqamı, siyasi şəraiti və zamanı müəyyənləşdirmək idi. Başqa sözlə, o, qərar vermək üçün lazım olan məqamda düzgün yerdə olmağın və hadisələrin inkişafında zaman amilini nəzərə almağın əhəmiyyətini nümayiş etdirdi. Siyasətdə bəzən bir addımın nə vaxt atılması onun necə atılmasından heç də az əhəmiyyət daşımır.

Bəzən bir düzgün sual uzun müzakirələrdən daha faydalı olur. Bəzən də diqqətdən yayınan kiçik bir detal bütöv mənzərəni dəyişir. Ona görə də tələsmədən düşünmək, dinləmək və nəticə çıxarmaq hər bir insanın, xüsusilə məsul qərarlar qəbul edənlərin vacib keyfiyyətlərindəndir.

“12 qəzəbli kişi” filminin onilliklər keçməsinə baxmayaraq aktuallığını qorumasının səbəbi də budur. Zaman dəyişir, həyatın şərtləri yenilənir, texnologiyalar inkişaf edir. Amma ədalətə ehtiyac, məsuliyyət hissi və düzgün qərar vermək zərurəti dəyişmir.

Filmdən çıxan əsas nəticə sadə, amma düşündürücüdür-qərar vermək üçün təkcə əminlik kifayət deyil, əsaslandırma da lazımdır.

Düşünən insan tələsmir, dinləyən insan öyrənir, yeni faktlarla qarşılaşanda fikrini yeniləyə bilən insan isə özünü inkişaf etdirir.

Bəlkə də bir qərarın ən böyük dəyəri onun arxasında neçə nəfərin dayanmasında deyil, nə qədər düşünülmüş və məsuliyyətlə qəbul edilməsindədir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri