Icma.az
close
up
RU
12 yanvar 1908ci ilin soyuq qış günü…

12 yanvar 1908ci ilin soyuq qış günü…

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

1908-ci ilin 12 yanvar günü. Musiqi tarixində ilk muğam operası olan, eləcə də Yaxın və Orta Şərqdə ilk muğam operası oynanıldı. Yanvarın 12-də dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə nümayiş etdirildiyi gündür. Məlum olduğu kimi, Üzeyir Hacıbəylinin Bakıda Hacı Zeynalabdin Tağıyev teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsası qoyuldu. Bu əsərə zaman-zaman müraciət olunmuş, bu gün də opera Azərbaycan milli sənət əsəri olaraq böyük səhnələrdə oynanılır. 1908-ci il yanvarın 12-də, soyuq bir qış axşamında Tağıyev teatrında Şərqin ilk operası "Leyli və Məcnun" 22 yaşlı Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycan xalqına bəxş edilmişdir. Elə bir insan yoxdur ki, bu məhəbbət əfsanəsinə böyük maraq və heyranlıqla tamaşa etməsin.

Xalqın professional sənət nümunəsi olan "Leyli və Məcnun"da iştirak etmiş müğənnilər, bu möhtəşəm əsəri müxtəlif quruluşlarda səhnəyə qoymuş rejissorlar, dirijorlar, xormeysterlər, rəssamlar, baletmeysterlər, konsertmeysterlər olmuşdur..

"MAHUR-HİNDİ" MUĞAMI ÜSTÜNDƏ "YANDI CANIN HİCRİ İLƏ VƏCLİ-RUHİ YAR İSTƏRƏM" QƏZƏLİNİ ELƏ MƏHARƏTLƏ OXUDU Kİ…

Məcnun rolunun ilk ifaçısı olan Hüseynqulu Sarabskinin adı isə əbədi olaraq tarixə həkk olundu. Məcnunu oynamağa hazırlaşan Hüseynqulu Sarabski tez-tez Üzeyir bəylə görüşür, onun yaradıcılıq göstərişlərinə və məsləhətlərinə diqqətlə qulaq asırdı. Nəhayət, bir çox maneə və çətinliklərdən sonra "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulur. İlk tamaşanın rejissoru Hüseynqulu Sarabski, ikinci rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev idi. Üzeyir bəyin özü orkestrdə skripkada ifa edirdi. Qurban Pirimov isə sədəfli tarı ilə tamaşanı müşayiət edirdi. "Leyli və Məcnun" operasının ilk tamaşası böyük müvəffəqiyyətlə keçmişdi. Ağzına qədər dolu olan salon qarşısında Məcnun rolunu oynayan H.Sarabski və başqa ifaçılar elə məharət göstərmişdilər ki, tamaşaçılar arasıkəsilməyən alqışlarla onları səhnənin qabağına çağırmışdılar. Tamaşaçılar bir ağızdan "Məcnun" deyib, H.Sarabskini səhnədən buraxmaq istəmirdilər. İlk tamaşanın suflyoru Ə.Rzayev "Teatr və Ərəblinski" adlı xatirəsində yazır ki, xor "Şəbu-hicran"ı oxuyub qurtarandan sonra pərdə düşəndə, zaldan gurultulu alqış qopdu. Pərdə dübarə qalxanda, Məcnun - H.Sarabski "Mahur-Hindi" muğamı üstündə Məhəmməd Füzulinin "Yandı canın hicri ilə vəcli-ruhi yar istərəm" qəzəlini elə məharətlə oxudu ki, mən suflyor budkasında özümü unutmuşdum.

"İrşad" Məcnun rolunun ifaçısı "müqtədir artist Sarabski"nin oyununu yüksək qiymətləndirir

1908-ci il 15 yanvar tarixli "İrşad" qəzetində tamaşa haqqında dərc olunmuş resenziyada isə Füzulinin "Leyli və Məcnun" poemasının da dillər əzbəri olduğu vurğulanır və həmin əsərin musiqi dili ilə səslənməsi "cavan mühərrir və musiqikar Üzeyir Hacıbəyov və realnı şagirdi Ceyhun Hacıbəyov ilə yanaşı, "Nicat" Maarif Cəmiyyətinin böyük xidməti olduğu göstərilir.

ZAVALLI, UĞURSUZ, DİVANƏ MƏCNUN!

Tamaşanın özünə gəldikdə isə "İrşad" qəzeti səhnələrin bir qədər şairanə olmasını tövsiyə edir və ayrı-ayrı aktyorların oyunlarına da münasibət bildirir. "İrşad" Məcnun rolunun ifaçısı "müqtədir artist Sarabski"nin oyununu yüksək qiymətləndirir və onun dəfələrlə alqışlandığını və öz peşəsinə olan məhəbbəti sayəsində müvəffəqiyyət qazandığını göstərir. Leyli rolunun ilk ifaçısı Əbdürrəhim Fərəcov ilk dəfə səhnəyə çıxdığı və "İrşad" qəzetinin qeyd etdiyi kimi, "belə mühüm bir vəzifəni öhdəsinə götürdüyünə görə" tamaşaçıların rəğbətini qazandığını vurğulayır.

Opera gözlənilməz müvəffəqiyyət qazandı. Hüseynqulu Sarabski ömrünün 40 ilini teatr sənətinə həsr etdi. O, bu illər ərzində silsilə rollar yaratmaqla Azərbaycan teatr sənətinin səhnəsini zənginləşdirdi. Opera sənətinin fədailərindən biri olan Hüseynqulu Sarabski təkrarolunmaz məharətlə yaratdığı Məcnun obrazı haqqında daha sonra yazırdılar: "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı". Bu maraqlı və yaddaqalan ifadan sonra Azərbaycan Musiqili Teatrının bütün sonrakı tamaşalarında Şeyx Sənan, Şah Abbas, Söhrab, Kərəm, Aşıq Qərib, Şah İsmayıl, Mərcan bəy, Sərvər Əsgər kimi baş qəhrəmanların maraqlı obrazlarını yaratdı.

"QURBAN ÇAL, SON DƏFƏ LEYLİNİ DİNLƏMƏK İSTƏYİRƏM"

Xüsusilə, onun Məcnun rolu əfsanəyə çevrilmişdi. Şübhəsiz ki, hamı o dövrdə "Leyli və Məcnun" operasına baxmaq imkanına malik deyildi. Xüsusilə, Azərbaycanın uzaq kənd və şəhərlərində yaşayanların Bakıya gəlib operaya tamaşa etməsi müşkül idi. Odur ki, bir çox yerlərdən arasıkəsilmədən məktub və teleqramlar gəlir, hamı "Leyli və Məcnun" tamaşasına baxmaq arzusunda olduğunu bildirir, acizanə surətdə xahiş edirdilər ki, Sarabski Lənkəran, Şəki, Gəncə, Şuşa və Tiflis şəhərlərinə qonaq gəlsin. Məhz buna görə Sarabski 1913-1918-ci illərdə öz sənət dostları ilə "Leyli və Məcnun" tamaşasını göstərmək məqsədi ilə Qafqazın bir çox şəhərlərinə qastrol səfərlərinə çıxmışdı.

Böyük aktyor və nəğməkarın qəlbi ömrünün son dəqiqələrinədək Məcnun obrazı ilə yaşamışdır. 1945-ci il fevralın 16-da ölüm yatağında olarkən sənət dostları Qurban Pirimov və Leyli rolunun ifaçısı müğənni Həqiqət Rzayevanı yanına çağırmış və gözlərini Qurbana dikərək titrək səslə demişdir: "Qurban çal, son dəfə Leylini dinləmək istəyirəm". Qurbanın tarını, Həqiqətin səsini eşidən müğənni əbədi olaraq gözlərini yummuşdu.

"EŞİDƏNLƏRİN RUHUNU TƏSFİR EDƏ BİLƏCƏK BİR QÜVVƏ"

Xalq Cümhuriyyəti dövründə "Leyli və Məcnun" operasının növbəti tamaşası 1919-cu il noyabrın 21-nə təsadüf edir. Artıq bir aya yaxın idi ki, Bakıda Azərbaycan Dövlət Teatrosu təşkil edilmişdir. 21 noyabr tarixli "Azərbaycan" qəzeti həmin tamaşa haqqında yazaraq, onun ilk növbədə, zahiri cəhətdən fərqləndiyini, xora, pərdələrə, musiqiyə və baletə artıq əhəmiyyət verildiyinə oxucuların diqqətini çəkir.

"Leyli və Məcnun" operası ilə Azərbaycan professional bəstəkarlıq məktəbinin təməl daşı qoyuldu.

Mənbələrdə göstərilir ki, Məcnun rolunu oynamaqla məşhurlaşan H.Sarabski xəstə olduğundan həmin rolda Məmmədtağı Bağırov, Leyli rolunda isə Hüseynağa Hacıbababəyov çıxış etmişlər. Bu iki aktyor sonralar opera sənətimizin inkişafında böyük rol oynamış, istər Azərbaycan bəstəkarlarının və istərsə də rus və Qərbi Avropa bəstəkarlarının operalarında çıxış edərək Azərbaycan SSR xalq artisti kimi yüksək və şərəfli ada layiq görülmüşlər. Həmin tarixli "Azərbaycan" qəzeti H.Hacıbababəyovun Leyli rolundakı çıxışına, ümumiyyətlə, kişilərin qadın rollarındakı çıxışlarına mənfi münasibət bəsləyərək, Dövlət Teatrosunun rəhbərliyini bu, adətdən, birdəfəlik yaxa qurtarmağa və bu məsələyə ciddi yanaşmağa dəvət edir. Bununla belə, "Azərbaycan" qəzeti H.A.Hacıbababəyovun səsində "eşidənlərin ruhunu təsfir edə biləcək bir qüvvə" olduğunu da vurğulayır. M.T.Bağırovun isə səsinin müqabilində zəif bir Məcnun alındığını, Rza Darablının özünəməxsus bir məharətlə Nofəl rolunda Terequlovu təqlid etdiyini, lakin "istər səs, istər vəziyyət hərəkəti ilə rolunu layiqi ilə oynaya" bildiyini qeyd edir.

Bütün bunlar bir daha sübut edir ki, dahi Üzeyir bəy Hacıbəylinin böyük fərəh hissi ilə qeyd etdiyimiz "Leyli və Məcnun" operası XX əsrin əvvəllərindəki milli mətbuatımızın diqqət mərkəzində olmuş və bu maraq sonrakı illərdə də səngiməmişdir. Bu sənət əsəri sonralar çox Leylilər, Məcnunlar yetişdirdi. Dünyanın bir çox ölkələrində əsər müvəffəqiyyətlə oynanıldı. Tamaşa uğurları ilə Azərbaycan opera sənətini dünyaya tanıtdı. Bu gün Azərbaycan opera sənətində yetişən Leylilər, Məcnunlar sənət eşqi ilə Məhəmməd Füzuli və Üzeyir Hacıbəyli dünyasının ilhamı olan əsəri canlandırır, hər nəslin nümayəndəsinə onun sehrindən, cazibəsindən lirik-həzin lövhələri təqdim edirlər.

Üzeyir Hacıbəyli yaradıcılığı elə möhtəşəm qüvvədir ki, Azərbaycan musiqisinin qədim ənənələrini yerindən oynadaraq canlandırmış, xalq musiqi yaradıcılığının tükənməz imkanlarını aşkara çıxarmışdır. 116 il bundan əvvəl yaratdığı "Leyli və Məcnun" operası ilə Azərbaycan professional bəstəkarlıq məktəbinin təməl daşını qoyan Ü.Hacıbəyli hərtərəfli istedadını, biliyini, bacarığını onun inkişafına yönəltmiş və bununla da, Azərbaycan musiqisinin yüksək zirvələr fəth etməsi və dünya miqyasında tanınması üçün zəmin hazırlamışdır. Onun yaratdığı sənət incilərinin hər biri musiqimizin şah əsərləridir desək, yanılmarıq.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri