Icma.az
close
up
RU
1200 manatdan 36 min dollaradək Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı

1200 manatdan 36 min dollaradək Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda təhsil alan əcnəbi tələbələr üçün illik təhsil haqları universitetdən və ixtisasdan asılı olaraq dəyişir. Bəzi ali məktəblərdə yerli və xarici tələbələr üçün eyni məbləğ tətbiq olunduğu halda, bəzi universitetlərdə əcnəbilər üçün ayrıca tarif müəyyənləşdirilib.

Modern.az universitetlərdə əcnəbi tələbələrin təhsil haqları və təqaüd imkanlarını araşdırıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bakalavriat üzrə bütün ixtisaslarda illik təhsil haqqı yerli və əcnəbi tələbələr üçün 2400 manatdır. Filiallarda bu məbləğ 2100 manat, magistraturada 2400 manat, MBA ixtisaslaşmalarında isə 3000 manat təşkil edir.

Əcnəbi tələbələr üçün ayrıca dövlət və ya xüsusi təqaüd nəzərdə tutulmayıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (AzRA) hazırlıq mərhələsi üzrə illik təhsil haqqı 1200 manat, bakalavriat və magistratura üzrə isə 1900-2900 manat arasında dəyişir.

Əcnəbi tələbələr üçün xüsusi təqaüd proqramı olmasa da, sponsor dəstəyi hesabına yaxşı nəticə göstərən bir neçə tələbəyə aylıq təxminən 100 manat təqaüd verilir. Müsabiqə və sərgilərdə uğur qazanan tələbələr isə pul mükafatı əldə edə bilirlər.

Xəzər Universitetində xarici tələbələr üçün illik təhsil haqqı əksər ixtisaslarda 5000 dollar, Baytarlıq fakültəsində isə 6000 dollardır. Baytarlıq üzrə təhsil müddəti 5 ildir.

Universitetdə xarici tələbələr üçün 25, 50 və 75 faizlik burslar mövcuddur. Qız tələbələr üçün ayrıca təqaüd proqramı da fəaliyyət göstərir.

Azərbaycan Universitetində bakalavriat üzrə illik təhsil haqqı 2550 manat, magistratura üzrə 3440 manat, Azərbaycan dili hazırlığı üzrə isə 1550 manatdır. Əcnəbi tələbələr üçün ayrıca təqaüd proqramı yoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetində yerli və əcnəbi tələbələr üçün eyni təhsil haqqı tətbiq olunur. Bakalavriat üzrə illik ödəniş 1600-2600 manat, magistraturada MS proqramları üzrə 2000–2300 manat, MBA proqramlarında isə 3000-4500 manat arasında dəyişir.

UNEC-də əcnəbi tələbələr üçün ayrıca xüsusi təqaüd imkanları tətbiq olunmur.

ADA Universitetində isə xarici vətəndaşlığı olan tələbələr üçün təhsil haqqı proqramdan asılı olaraq dəyişir. Bakalavriat proqramlarında illik ödəniş əsasən 8500 manat, magistratura proqramlarının bir çoxunda 10 500 manat təşkil edir. Bəzi IT və mühəndislik üzrə magistr proqramlarında bu məbləğ 36 200 dollara çatır.

Universitetdə xarici tələbələr üçün müxtəlif maliyyə dəstəyi və təqaüd imkanları da mövcuddur.

Dövlət İdarəçilik Akademiyasında (DİA) isə hazırda əcnəbi tələbə yoxdur.
Aydan Qasımova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Sentyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri