Icma.az
close
up
RU
13 ağsaqqalın tanınmaz meyiti Lənkərandakı qırğınların səbəbi nə idi?

13 ağsaqqalın tanınmaz meyiti Lənkərandakı qırğınların səbəbi nə idi?

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1918-ci il Lənkəran qırğınları - Lənkəran qəzasında törədilən qətliamlar

1918-ci ilin Mart qırğınları Lənkəran qəzasından da yan keçməyib. Rus-erməni silahlı dəstələri Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Lənkəran qəzasında da qanlı cinayətlər törədiblər. Qanlı cinayətlərdə 13 lənkəranlı doğranılaraq yeşiklərə yığılıb, dəniz kənarında basdırılıb, kəndlər dağıdılıb, evlər qarət olunub.

"Evelina" gəmisinin hadisələrdə rolu

Lənkəran qəzasında baş verən hadisələrə bəhanə 17 mart 1918-ci ildə milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya aparan “Evelina” gəmisinin səfəri olub.

Məhəmməd Tağıyev Lənkəranda “Rus ruletkası” adlı oyun zamanı təsadüfi güllə yarasından vəfat edib. Onun nəşini Bakıya aparan “Evelina” gəmisində şəxsi heyət müsəlmanlardan ibarət olub. Bu isə bolşevikləri və erməni silahlı qruplaşmalarını narahat edib. Gəminin 48 nəfərlik kiçik heyəti bolşevik və erməni quldurlarının Lənkərana qarşı planlarını daha da sürətləndirib. Hadisə regionda erməni təcavüzünün yeni bir mərhələsinə səbəb kimi daha böyük faciələrin başlanğıcı olub. Məhəmməd Tağıyevi dəfn edən kiçik dəstə “Evelina” gəmisi ilə Lənkərana qayıdarkən gəminin körpüdən uzaqlaşmasına az qalmış silahlı bolşeviklər gəmidəki dəstənin tərkisilah olunmasını tələb edib, “Evelina” heyətinin rəd cavabına isə dərhal gəmi pulemyotlardan və tüfənglərdən atəş məruz qalıb. Heyət tamamilə tərkisilah edilib və o silahlar bolşevik və daşnaqlar tərəfindən müsadirə olunub.

Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər Motrosları, Eser və Menşevik partiyaları arasında belə bir şaiyə yayıblar ki, guya, “Evelina” ilə gedən zabitlər Lənkəranda hərbi müsəlman dəstələri ilə birlikdə Muğanda olan rus-malakan kəndlərini məhv etməli olduqları ilə bağlı tapşırıq alıblar. Beləliklə Mart qırğınlarının Lənkəranda da törətmək üçün ermənilərin əlinə bəhanə keçib.

Şivkunovun quldur dəstəsinin hücumları

Ermənipərəst Şivkunovun quldur dəstəsi Lənkəranda Mirəhməd Xanın evini ələ keçirərək özünə qərargah edib. Şivkunovun quldur dəstləri kənddə silahlı dəstələrin olduğunu bəhanə edərək Lənkəranın Sütəmurdov kəndini mütəzəm olaraq bir neçə gün atəşə tutub, kənddə yanğın və talanlar törədib. Şivkunovun quldur dəstəsinin qan tökülməsinin qarşısı almaq üçün 13 nəfər kənd ağsaqqalı danışıqlar üçün Şivkunovun yanına gedib atəşi dayandırmağı xahiş ediblər. Lakin Şivkunovun əmri ilə barışığa gələn ağsaqqalları əsgərlər girov götürüb vəziyyəti daha da gərginləşdiriblər. Sonra isə əsgərlər Sütəmurdov kəndinə hücum çəkib. Onlar kənd sakinlərində olan silahları tələb etdikdə camaatla əsgərlər arasında qanlı toqquşma baş verib. Kənd camaatı ilə atışmada ermənilərin öz əli ilə iki əsgər öldürülüb. Əsgərlərin ölümünü eşidən Şivkunova danışığa gələn və girov götürülən 13 ağsaqqalın başlarının kəsilməsini əmr edib.

13 ağsaqqalın qətli

Lənkəran rayon Sütəmurdov kənd məscidinin imamı, eləcə də soyqrımda şəhid olanlardan birinin nəvəsi Hacı Fəxri Sadıqov APA-ya açıqlamasında deyib ki, sülh danışığı üçün gedən əliyalın 13 el ağsaqqalını indiki Xan evinin həyətində, o vaxt onların yerləşdiyi qərərgahda, deyilənlərə görə, əvvəl güllələyiblər, sonra da qılıncla tikə-tikə doğrayıblar. "Tikə-tikə doğranan el ağsaqqalları, əvvəlcə, şəhərin Dəhnə adlanan ərazisində Lənkərançayın töküldüyü şəhər tərəfdə basdırırlar. Şıvkınovun dəstəsi geri çəkiləndən sonra ara sakitləşir. El ağsaqqallarının axtarışını başlayanda hadisənin şahidi olan ərəbəçi Musa adlı bir nəfər mənim babamın qardaşı çayçı Əkbərə deyir ki, onlar Dəhnə ərazisində yeşiklərdə basdırılıblar".

Kənd sakinləri isə yalnız bir neçə gün sonra bu hadisədən xəbər tutur və sakinlər tərəfindən basdırıldığı yerdən çıxarılaraq kənd qəbiristanlığına aparılır. Meyitlər o dərəcədə qəddarlıqla doğranılır ki, onları yalnız müəyyən əlamətlərindən ayırd etmək mümkün olur: "Gecə ilə onları çıxardırlar, gətirirlər məscidin qabağına. Gözləyirlər, səhər açılsın. El camaatı, şəhər əhli yığışıb meyitləri dəfn edirlər. Doğranılan meyitləri İslam dininin qanununa görə, yumaq mümkün olmur, çünki onların ətləri qarışır bir-birinə. Təyənnüm edilir və hamısına bir cənazə namazı qılınır, onları məscidlə təkkənin birləşdiyi yerdə dəfn edirlər”.

O bildirib ki, yeşiyin ağzı açılanda hərəsini bir əlamətlə tanıyırlar. Molla Həmid Axund din xadimi idi. Onu papağından bir də ki, əlindəki üzüyündən, birini əba-qəbasından, mənim babam Şeyx Ənnağı Şeyx Əbdülhüseyn oğlunu çənəsinin doğranmış hissəsindən tanıyıblar. O, həmişə saqqalına həna qoyurmuş. Onların da yaş həddi müxtəlif olub".

Lənkəran qəzasında davam edən qırğınlar

Lənkəran qəzasında olan qırğınlar bununla yekunlaşmır. Belə ki, 1918-ci ilin Mart soyqırımları vaxtı Lənkəran qəzasında 40-dan artıq kənd yandırılır, yüzlərlə dinc sakin qətlə yetirilir. Təkcə Gərmətük qəsəbəsində bir gün ərzində 70-ə yaxın, Mamusta kəndində 30-a yaxın, Kərgəlan kəndində 30, Sütəmurdovda 20-dən çox, Girdəni kəndində 20-ədək dinc sakin qətlə yetirilir.

Qətliamdan sağ çıxanların sığınacaq axtarışı

1918-ci ildə Lənkəran şəhəri və ətraf kəndlərin əhalisi Osakücə meşəsinə çəkilərək özlərinə sığınacaq tapırlar. Ara sakitləşəndən sonra isə evlərinə qayıdan sakinlər bir daha erməni vəhşiliklərinin şahidi olurlar. Evlər top mərmisi ilə dağıdılır, mağaza və evlər qarət-talan edilir. Öldürülülən və dənizə atılan insan cəsədlərinin üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün olur. Şivkunovun quldur dəstəsi erməni daşnaq qüvvələri ilə birləşərək hərbi paraxoddan Lənkəran şəhər ərazisini top atəşinə tuturlar. Nəticədə, Kiçik Bazar Məscidinin divarının bir tərəfi top mərmisi ilə dağıdılır.

Gərmətük qırğını

Gərmətük camaatı kənd ağsaqqalı Hacı Ağabalanı matroslarla danışığa göndərirlər ki, qırğın dayadırılsın. Rus dilini yaxşı bilən Hacı Ağabala ağ bayraq qaldıraraq dəniz sahilinə gəlir, lakin aparılan danışıqlar heç bir nəticə vermir. Şivkınov Gərmətük qəbristanlığında baş verən atışmada öldürülən əsgərin qatili tapılmayana qədər atəşkəsin də olmayacağını bildirir. Gərəmətük 2 gün top atəşinə tutulur. Bununla kifayətlənməyən erməni əsgərləri kənddə axtarış apararkən gizlənən 7 nəfər cavanı sorğu-sual etmədən yerindəcə güllələyirlər.

Qeyd edək ki, Şivkınovun quldur dəstəsi, ələlxüsus, ermənilər Lənkəran qəzasında ən hörmətli və el arasında sayılıb-seçilən el ağsaqqalarını ya öldürər, ya da dəhşətli işgəncəyə məruz qoyublar. 1918-ci ildə Lənkəran qəzasında doğranılaraq qətlə yetirilənlərin ən gəncinin 20, ən yaşlısının isə 84 yaşı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://apa.az
archiveBu xəbər 31 Mart 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri