Icma.az
close
up
RU
Sülhə Kremlsayağı zərbə

Sülhə Kremlsayağı zərbə

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlaması sülh prosesinə qarşı təxribatçı münasibət kimi qarşılanıb. 

Qeyd edək ki, Zaxarova “Qvardeysk” gənclər forumunda çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mexanizmlərinin Ermənistana dəstək məqsədilə Qarabağ bölgəsində tətbiqindən danışıb. 

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmindən istifadə edilməsinə çağırış etsə də, bunun kimin və nəyə münasibətdə tətbiq olunması sual idi.

Təəssüf ki, xoşbəxtlikdən “Dağlıq Qarabağ”ın Ermənistan tərəfindən nə özününkü, nə də müstəqil ərazi kimi tanındığı məlumdur. Belə bir şəraitdə KTMT-nin kollektiv təhlükəsizlik mexanizmindən istifadə olunması mümkün deyildi”,- deyə Rusiya XİN nümayəndəsi bildirib. 

Mariya Zaxarovanın sözlərinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi öz etiraz bəyanatı yayıb. XİN-in mətbuat katibi Ayxan Hacızadə KTMT-nin mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdini əsassız adlandırıb. 

Nazirlikdən bildirilib ki, bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə ziddir. 

Rəsmi Moskvanın, o cümlədən KTMT-nin işğal dövründə verilən bütün bəyanatlarına nəzər salsaq, Mariya Zaxarovanın söylədiyi fikirlərin absurd və siyasi məntiqdən kənar olduğu aydınlaşar. 

30 il ərzində həm Qarabağ bölgəsi, həm də ətraf yeddi rayon işğal altında qalmasına baxmayaraq, beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisi kimi tanınıb. Ona görə də Ermənistan işğal etdiyi əraziləri ilhaq etməkdən çəkinib. Bu, Ermənistanın dünyada işğalçı kimi tanınmasına səbəb ola bilərdi. 

İşğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin müstəqil subyekt kimi tanınmaması da məhz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsi ilə bağlı idi. Belə olan halda, KTMT-nin mexanizmlərinin Azərbaycan ərazilərində tətbiqindən danışmaq siyasi məntiqdən uzaqdır. 

KTMT-nin belə bir addım atması Azərbaycana qarşı işğal siyasətini və terrorizmi dəstəkləməsi demək olardı. Mariya Zaxarova da təcavüzə, işğala və etnik təmizləməyə məruz qalan tərəfin Azərbaycan olduğunu açıq şəkildə bəyan etməlidir. 

Rəsmi İrəvan dəfələrlə KTMT-ni münaqişəyə cəlb etsə də, alyansa üzv olan dövlətlər, o cümlədən Rusiya döyüşlərin Azərbaycan ərazisində getdiyini, Ermənistan ərazisinə hərbi müdaxilənin baş vermədiyini bəyan edib. Bu, istər 2016-cı ilin aprel döyüşləri zamanı, istər 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində, bir qədər sonra 44 günlük müharibədə baş verib. 

Hətta Rusiya Prezidenti Vladimir Putin Vətən müharibəsinə münasibətdə ““Dağlıq Qarabağ” Azərbaycanın ərazisidir. Qurtardı!” deməklə kifayətlənmişdi. Mariya Zaxarova isə qeyd edilən faktlara istinad etmək əvəzinə, KTMT-nin Ermənistana dəstək verməməsini guya Qarabağ bölgəsinin İrəvan tərəfindən tanınmaması ilə əsaslandırmağa çalışır.

Ancaq Zaxarova işğal olunmuş bölgələrin Azərbaycanın beynəlxalq hüquqla tanınmış suveren əraziləri olduğunu və KTMT-nin bu prosesə hərbi müdaxilə hüququnun olmadığını dilə gətirmir. 

Hətta bu məsələ KTMT daxilində Ermənistanla digər dövlətlər arasında fikir ayrılığının əsas səbəblərindən birinə çevrilib. Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstanın birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistanla münasibətlərdə ziddiyyətlərin yaranmasına gətirib çıxarıb. 

Belə olan halda, Mariya Zaxarovanın dolayısı ilə Ermənistana keçmişdə Qarabağ bölgəsini ilhaq etməməyi və ya “müstəqil dövlət” kimi tanımamağı irad tutması Azərbaycanla sülh prosesini pozmaq niyyəti daşıyır. 

Müşfiq Abdulla
 “Cebheinfo.az”

 

Açar sözlər: sülh Mariya Zaxarova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri