Icma.az
close
up
RU
14 fevral, yoxsa 30 iyun? RƏYLƏR

14 fevral, yoxsa 30 iyun? RƏYLƏR

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Sevgililər Günü" insan münasibətlərində sevgi və romantikanın ön plana çıxdığı, cütlüklərin bir-birinə olan hisslərini ifadə etdiyi xüsusi bir gündür. Ənənəvi olaraq bu bayram bir çox ölkədə 14 fevral tarixində qeyd olunur və bu tarix Roma dövründə yaşamış xristian şəhid Müqəddəs Valentin ilə əlaqələndirilir. Bu gün bir çox cəmiyyətlərdə güllər, hədiyyələr və romantik jestlərlə zəngin bir bayrama çevrilmişdir. Lakin zamanla, bəzi mədəniyyətlər və cəmiyyətlər alternativ tarixlərdə də sevgi bayramlarını qeyd etməyə başlamışlar. Məsələn, bəzi ölkələrdə və ya ictimai qruplarda 30 iyun tarixi də "ikinci sevgililər günü" və ya sadəcə "alternativ sevgi günü" kimi qeyd olunur.

14 fevralın əsasən xristian dini və Avropa mədəniyyəti ilə bağlı tarixi fonu olduğu üçün, bəzi insanlar bu günün universal olaraq hər cəmiyyətə uyğun gəlmədiyini düşünür. Bu səbəbdən 30 iyun kimi neytral və ya fərqli mənalar daşıyan tarixlərin irəli sürülməsi müəyyən ictimai dairələrdə maraq doğurmuşdur. Bu yanaşma həm də müxtəlifliyi, mədəni fərqliliyi və sevginin yalnız bir tarixə sığdırılmayacaq qədər geniş və universal bir anlayış olduğunu göstərmək məqsədi daşıya bilər.

Bəs doğrudanmı Sevgililər Günü yalnız 14 fevralda qeyd olunmalıdır, yoxsa 30 iyun kimi alternativ tarixlər də qəbul edilə bilər? Bu sualın cavabı təkcə tarixi deyil, həm də mədəni, dini və sosial baxışlardan asılı olaraq dəyişir. Giriş kimi bu məsələ həm tarixi köklər, həm də müasir cəmiyyətlərin müxtəlif yanaşmaları əsasında müzakirəyə açıqdır.

SİA mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov və sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyevin fikirlərini öyrənib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov: ""Sevgililər Günü" bir çox ölkədə 14 fevralda "Valentin Günü" adı altında qeyd olunur. Bu günün yaranması qədim Roma dövrünə gedib çıxır. Əfsanəyə görə, eramızın III əsrində Roma imperatoru Klavdiusun əsgərlərin evlənməsini qadağan etməsinə baxmayaraq, rahib Valentin gizlicə cütlükləri nikaha alırdı. Bu əməli səbəbilə Valentin tutulur və sonradan edam edilir. Onun xatirəsinə 14 fevral tarixi “Valentin Günü” kimi qeyd olunmağa başlanır. Bu gün 490-cı ildə Papa Gelasius tərəfindən rəsmi olaraq qeyd günləri sırasına salınır və zamanla romantik sevginin simvoluna çevrilir. Azərbaycanda isə "Sevgililər Günü" bəzi insanlar tərəfindən fevralın 14-də deyil, iyunun 30-da qeyd olunur. Bunun səbəbi ölkəmiz üçün faciəvi və eyni zamanda mənalı bir hadisəyə əsaslanır. Belə ki, 1990-cı ilin Qara Yanvar hadisələri zamanı sovet qoşunlarının Bakıya daxil olması ilə bir çox günahsız insan həyatını itirdi. Həlak olanlardan biri İlham idi. Bu xəbəri eşidən nişanlısı Fəridə böyük sarsıntı keçirərək özünü binadan ataraq intihar etdi. Onların toy tarixi iyunun 30-u olduğuna görə, bu gün bir çox azərbaycanlılar tərəfindən saf və fədakar sevgini simvolizə edən "Azərbaycan Sevgililər Günü" kimi anılır".

Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev: "Subyektiv fikrimə görə, "Sevgililər günü" deyilən konkret bir tarixə ehtiyac yoxdur. Çünki sevginin günü olmur. Sevən insanlar hər gün sevir, sevməyənlər isə “Sevgililər Günü”ndə belə sevgidən uzaqdırlar. Əslində, sevgi gündəlik həyatın, münasibətlərin və insanlığın bir hissəsidir. Onu bir günlə məhdudlaşdırmaq nə qədər doğrudur? Ümumiyyətlə, istər bayram, istərsə də digər xüsusi günlər qeyd ediləndə, həmin günün tarixçəsinə nəzər salmaq vacibdir. Məşhur 14 fevral – "Sevgililər Günü" olaraq tanınsa da, onun tarixi və mənşəyi bizim milli-mənəvi və dini dəyərlərimizə ziddir. Qədim Romada 14 fevral günü qadınlıq və evlilik ilahəsi olan Juno’ya həsr edilmişdi. Bu gündə şənliklər keçirilir, xalq bayram edirdi. Ertəsi gün, 15 fevralda isə Luperkalia adlanan bir festival başlanırdı. Bu festival çərçivəsində gənclər arasında püşkatma yolu ilə cütlüklər seçilir, həmin cütlüklər bayram günlərində birlikdə vaxt keçirir və bəzən də cinsi münasibətlər yaşayırdılar. Bu adət isə heç bir halda bizim əxlaqi-mənəvi dəyərlərimizə uyğun gəlmir. Roma imperatoru II Kladius dövründə evlilik qadağası tətbiq edilmişdi, çünki onun fikrincə, ailə həyatı gəncləri hərbi xidmətdən yayındırırdı. Həmin dövrdə rahib Valentin bu qadağaya baxmayaraq gizli şəkildə gəncləri evləndirirdi və buna görə də həbs olunaraq edam edilmişdi. Bəzi mənbələrdə Valentinin həbsxanadan dostlarına “Səni sevirəm”, “Məni unutma” şəklində məktublar göndərdiyi bildirilir. Bu fakt bəzən onun seksual yönəlimi ilə bağlı fərziyyələrə də səbəb olmuşdur. Bütün bu tarixi faktlar 14 fevralın bizim milli-mənəvi və dini dünyagörüşümüzlə uyğunlaşmadığını açıq şəkildə göstərir. 30 iyun isə Azərbaycan xalqının qan yaddaşında qalmış bir sevgi hekayəsini əks etdirir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı şəhid olan İlhamın və onun ölümünə dözməyərək intihar edən həyat yoldaşı Fərizənin toy günü məhz bu tarixə təsadüf edir. Bu hadisə təkcə faciə deyil, həm də əsl sevginin, sədaqətin nümunəsidir. Hərçənd ki, həyat yoldaşını itirən bir insanın intihar etməsi dini baxımdan yolverilməzdir, çünki can Allahın verdiyi bir əmanətdir və ona qıymamaq hər bir müsəlmanın borcudur. Buna baxmayaraq, bu hadisə sevginin fədakarlıq və dərin bağlılıq səviyyəsinə çatmasının bir göstəricisi kimi yadda qalmışdır. Əgər seçim etməli olsaq, 30 iyunun "Sevgililər Günü" kimi qeyd olunması daha mənalı və milli ruhumuza uyğun olar. 14 fevral xristian Roma tarixindən gəlmə bir ənənədir. Halbuki 30 iyun bizim qan yaddaşımızda iz buraxmış, sevgi və fədakarlıqla yoğrulmuş bir gündür. Bu səbəbdən mən 30 iyunun "Sevgililər Günü" kimi qeyd edilməsinin tərəfdarıyam".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri