ABŞ Yaponiyanın Okinava adasında modernləşdirilmiş qırıcılar yerləşdirib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilmiş "F-15EX" qırıcıları Yaponiyanın cənubundakı Okinava adasında yerləşən Kadena hərbi bazasında yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Bildirilib ki, sözügedən modernləşdirilmiş döyüş təyyarələri ilk dəfə ABŞ-dən kənardakı hərbi bazada yerləşdirilib.
Daha əvvəl yayılan məlumatlara görə, bir neçə il ərzində Okinavaya ümumilikdə 36 belə qırıcının göndərilməsi planlaşdırılır. Dördüncü nəsil "F-15EX" qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir ki, bu göstərici üzrə bəzi bombardmançı təyyarələri də üstələyir. Bu, hazırda Yaponiyada yerləşdirilmiş köhnəlmiş "F-15" təyyarələrinin göstəricisindən təxminən iki dəfə çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 Noyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















