Icma.az
close
up
RU
14 Fevrala görə gül bahalaşdı QİYMƏTLƏR

14 Fevrala görə gül bahalaşdı QİYMƏTLƏR

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sevgililər Günündə ən çox alınan hədiyyələrdən biri də güldür. Xüsusilə qızılgül romantikanın və sevginin ən gözəl simvollarından biri hesab olunur. Hər il bu tarixdə gül dükanlarında böyük sıxlıq yaşanır və güllərin qiymətində artım müşahidə edilir.

Bəs bu il güllərin və buketlərin qiymətləri necə dəyişəcək?

Manset.az Metbuat.az istinadən xəbər verir ki, bir neçə gül mağazası ilə əlaqə saxlayıb qiymətləri araşdırıb. Belə ki, hər il olduğu kimi, bu il də ən çox sifariş edilən gül növü qızılgüldür.

"Ağ Çiçəyim" gül mağazasında qızılgüllərin qiyməti 5-10 manat arasında dəyişir. Qiymət güllərin sortuna və boyuna görə dəyişir. 101 ədəd qızılgül buketi isə yerli güllərdən hazırlandıqda 500 manat, xarici güllərdən olduqda isə 1000 manat olur. Mağazadan bildirilib ki, Sevgililər Günündə ən çox alınan güllərdən biri də tülpandır və qiyməti 4 manatdır. Bütün növ güllər istəyə uyğun olaraq hazırlanır, lakin indidən sifariş vermək daha yaxşıdır, çünki ayın 14-də çatdırılma mümkün olmaya da bilər.

"Baku Roses" gül mağazasında qırmızı qızılgüllərin qiyməti 6-7-8 manat civarındadır. Buketlərin isə minimum qiyməti 50 manatdan başlayır. 101 ədədlik gül buketi yerli VIP növ 450 manat, xarici isə 550 manat təşkil edir. Bu qiymətlər 14 fevral üçün də keçərlidir. Burada tulpanlar 4 manatdır, lakin 41 ədəddən çox sifariş olduqda qiymətdə endirim edilir. Bundan başqa, pionların bir ədədi 25, qortenziyanın 20, liliyanın bir budağı isə 15 manatdır.

"Lilac Flower Boutique"də qızılgüllərin qiyməti 7-13 manat arasındadır. Buketlərin qiyməti 80-100 manatdan başlayır. 101 ədəd qırmızı qızılgül isə 707 manat təşkil edəcək. Tülpanlar 5, pionlar 18 manatdır. Burada endirimlər olmasa da, qeyd olunan qiymətlər 14 fevralda da keçərlidir.

"Gül Deposu"nda qızılgüllər 5-6-7 manatdır. Minimum buket sifarişi isə 35-50 manatdan başlayır. 101 ədədlik gül buketi hazırda 400 manatdan başlayır. 2 gün sonra isə qiymətlər 500-600 manat ola bilər. Tülpanlar 3 manat, pionlar 25 manatdır. Ürək formalı 101 ədəd gül yığımının indiki qiyməti isə 500 manat civarıdır. Mağazalardan bildirilib ki, Sevgililər günündə bu qiymətlər sifarişlərin çoxluğu ilə əlaqədar bahalaşa bilər. Həmçinin həmin gün çatdırılmada da problem yarana bilər deyə indidən mağazalara sifarişləri vermək daha yaxşıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 13 Fevral 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri