Icma.az
close
up
RU
Leyla və Alyona Əliyevalar COP31 də beynəlxalq ekspertlərlə görüşdülər Fotolar

Leyla və Alyona Əliyevalar COP31 də beynəlxalq ekspertlərlə görüşdülər Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılan pavilyonda olublar.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, pavilyonla tanış olan Leyla Əliyevaya və Alyona Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim olunan layihələr barədə məlumat verilib.

Sonra ərazidə açılan digər pavilyonlara baxış keçirilib.

Xatırladaq ki, birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı yaranıb. Həmin konfrans çərçivəsində təşkil edilən pavilyon ən çox ziyarət edilən pavilyonlardan biri olub.

Pavilyonda Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi, multikulturalizm və digər istiqamətlərdə həyata keçirdiyi layihələr foto və videomateriallar vasitəsilə təqdim olunur.

Burada hər iki fondun fəaliyyətinə dair müxtəlif materiallarla yanaşı, interaktiv layihələr də nümayiş etdirilir.

***

Leyla Əliyeva və Alyona Əliyeva, həmçinin Özbəkistan pavilyonunda olublar. “Üzüm bağı: keçmişin irsi, bu günün həlli və gələcəyin ilhamı” konsepsiyası əsasında qurulan pavilyonla tanış olan Leyla Əliyevaya və Alyona Əliyevaya bərpaolunan enerji, su ehtiyatlarının qorunması, biomüxtəlifliyin mühafizəsi və ekoloji maarifləndirmə sahəsində həyata keçirilən təşəbbüslər və layihələr barədə məlumat verilib.

***

Sonra Leyla Əliyeva COP31 çərçivəsində bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri və ətraf mühitin mühafizəsi üzrə ekspertlərlə görüşlər keçirib.

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) iqlim və enerji məsələləri üzrə qlobal rəhbəri Manuel Pulqar-Vidal ilə görüşdə IDEA ilə WWF arasında əməkdaşlıq çərçivəsində Qafqaz bəbirinin mühafizəsi, ceyranların və Avropa bizonlarının Azərbaycanda tarixi yaşayış ərazilərinə qaytarılması istiqamətində həyata keçirilən birgə layihələrə toxunulub. Eyni zamanda, biomüxtəlifliyin qorunması, nadir heyvan növlərinin populyasiyalarının və ekosistemlərin bərpası sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Bununla yanaşı, Leyla Əliyeva COP31 çərçivəsində IDEA İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan tədbirlərdə iştirak edən bir sıra digər beynəlxalq ekspertlər, alimlər və təbiəti mühafizə təşkilatlarının nümayəndələri ilə də görüşərək fikir mübadiləsi aparıb.

Görüşlər zamanı Xəzər dənizinin ekoloji problemləri, iqlim dəyişmələrinin biomüxtəlifliyə təsiri, təbii ekosistemlərin qorunması, elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq təcrübənin paylaşılması məsələlərinə toxunulub.











Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Noyabr 2026 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri