Icma.az
close
up
RU
14 gün keçsə də malı qaytarmaq mümkündür İZAH

14 gün keçsə də malı qaytarmaq mümkündür İZAH

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstehlakçılar arasında geniş yayılmış fikrə görə, məhsul alındıqdan sonra 14 gün ərzində geri qaytarıla bilər. Lakin bəzi mallar üzrə qaytarma şərtlərinin fərqli olduğu, hətta müəyyən məhsulların ümumiyyətlə geri qəbul edilmədiyi bildirilir. Bu isə alıcılarla satıcılar arasında mübahisələrə səbəb olur. Qanunvericilikdə məhsulların geri qaytarılması hansı qaydada tənzimlənir və bu sahədə hansı istisnalar nəzərdə tutulur sualı aktuallığını qoruyur.
Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, əgər mal qüsurludursa, geri qaytarma zəmanət müddəti ərzində rəsmiləşdirilə bilər:
"Bəzi vətəndaşlar hesab edir ki, 14 gün keçdikdən sonra malı geri qaytarmaq mümkün deyil, lakin bu fikir doğru deyil. Əgər alınmış malda heç bir qüsur yoxdursa və alıcı onu sadəcə şəxsi istəyi ilə geri qaytarmaq istəyirsə, bu halda geri qaytarma mümkün olmur. Lakin məhsulda qüsur və ya mühüm qüsur aşkar edilərsə, zəmanət müddəti ərzində malın geri qaytarılması mümkündür". 
Vəkil deyib ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 7-ci maddəsinin birinci bəndinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən edilmiş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz seçiminə uyğun olaraq satıcıdan müqavilənin ləğv edilməsini və dəymiş zərərin ödənilməsini tələb edə bilər.
"Satıcı və ya icraçı bu tələbi yerinə yetirməyə borcludur. Bundan başqa, alıcı satıcı ilə razılığa gələrək malın keyfiyyətli digər məhsulla dəyişdirilməsini, satış qiymətinin müvafiq məbləğdə azaldılmasını və ya başqa model və marka ilə yenidən hesablaşma aparılmaqla əvəz edilməsini də tələb edə bilər".
Məsələnin digər tərəfi qanunla geri qaytarılmayan malların siyahısıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qızıl məmulatları, qiymətli daşlar, gigiyena vasitələri, uşaq oyuncaqları və bəzi parçalar keyfiyyətli olduqları halda geri qaytarılmır və ya dəyişdirilmir. Bu səbəbdən alıcılar alış-veriş edərkən malın kateqoriyasına mütləq diqqət yetirməlidirlər.
Həmçinin malın dəyişdirilməsi üçün onun əmtəə görünüşünün və istehlak xassələrinin saxlanılması şərtdir. Alıcı kassa çekini və ya digər hesab sənədini təqdim etməlidir. Əgər maldan istifadə olunubsa və ya onun etiketləri zədələnibsə, satıcı geri qaytarma tələbini rədd edə bilər. Qüsur aşkar edildikdə isə satıcı həmin qüsurun alıcı tərəfindən yaradılmadığını sübut etmək üçün ekspertiza təyin etmək hüququna malikdir.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2026 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri