Icma.az
close
up
RU
140 ölkəni gəzmiş turist Hər il ora qayıdır

140 ölkəni gəzmiş turist Hər il ora qayıdır

Icma.az bildirir, Lent az portalına istinadən.

Dünyanın 140-dan çox ölkəsini ziyarət edən amerikalı səyahətçi Kris D. Braun etiraf edir ki, hər il qayıtmaq istədiyi yalnız bir ölkə var, o da İspaniyadır.

Lent.az xəbər verir ki, Braun artıq 15 ildir ki, bu ölkəni yenidən ziyarət edir və bunun səbəblərini yazdığı məqalədə açıqlayıb.

Onu ən çox təsirləndirən şəhər — Sevilya

Braun deyir ki, Sevilya elə şəhərdir ki, insanlar, küçə sənəti və tarixi memarlığın vəhdəti insanda dərhal heyranlıq yaradır. Şəhər hazırda İspaniyanın yaşayış üçün ən yaxşı məkanlarından biri hesab olunur və səyahətçinin ürəyində xüsusi yer tutur.

İspaniyaya aparan dadlar

Səyahətçi hər il buraya qayıtmasının əsas səbəblərindən birinin ispan mətbəxi olduğunu bildirir. O, xüsusilə Bask ölkəsinin məşhur pinchos qəlyanaltılarından “xilda”nı zeytun, ançous və bibərlərdən ibarət kiçik şişləri tövsiyə edir. Braun ayrıca Padrón bibəri və Alhambra 1925 pivəsini də dadmağı məsləhət görür.

Kultur və incəsənət hər yerdə hiss olunur

Braunun sözlərinə görə, İspaniya mədəniyyəti elə bir atmosfer yaradır ki, onu başqa ölkələrdə tapmaq çətindir. Onu ən çox heyran edən məkanlardan biri Qranadadakı Alhambra sarayı və məşhur Şirlər həyətidir.

Səyahətçi bildirir ki, ölkənin digər mədəni paytaxtları da az təsirli deyil:

Barselona - Sagrada Familia, Park Güell, Pikasso muzeyi

Madrid - Prado muzeyi, Kral sarayı və onlarla digər qalereya

İspaniyanın festival ruhu

Braunun ən sevdiyi tədbirlərdən biri Xeres-de-la-Fronteradakı At yarmarkasıdır. Burada ənənəvi rəqslər, at şouları və yerli mətbəxin təqdimatı xüsusi atmosfer yaradır. O, həmçinin Valensiyadakı Las Fallas festivalının yüzlərlə taxta və kağız fiqurun yandırıldığı möhtəşəm gecənin təsirindən danışır.

Rahat nəqliyyat sistemi

Səyahətçi vurğulayır ki, İspaniyada səyahət etmək çox rahatdır. Madrid, Barselona, Valensiya və Sevilya yaxşı inkişaf etmiş metro, avtobus və dəmiryolu xəttinə malikdir və şəhərlərarası səfərlər maksimum komfortlu şəkildə təşkil olunur.

Hər səfərdə yeni kəşflər

Braun deyir ki, İspaniyanı neçə dəfə gəzir-gəzsin, hər dəfə yeniliklərlə qarşılaşır və artıq növbəti səfərini səbirsizliklə gözləyir. Xüsusilə də 140 ildən sonra gələn il tamamlanması gözlənilən Sagrada Familianın tikintisinin bitməsini həyəcanla izləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri