Icma.az
close
up
RU
15 ci əsr Avropasının İÇ ÜZÜ: İldə bir dəfə çimmək, bədən qoxusu, siçan və pişiklərlə birgə yatmaq…. Bəs sonra nə baş verdi? İLGİNC FAKTLAR KONKRET

15 ci əsr Avropasının İÇ ÜZÜ: İldə bir dəfə çimmək, bədən qoxusu, siçan və pişiklərlə birgə yatmaq…. Bəs sonra nə baş verdi? İLGİNC FAKTLAR KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün inkişaf edən Avropa ölkələrinin keçmişi göründüyü qədər parlaq deyil. 1500-cü illərdə İngiltərə və digər Avropa ölkələrində insanların yaşayış səviyyəsi olduqca aşağı idi. Hətta bəzi tarixi faktlar o dövrdə Avropa cəmiyyətinin çirkab içində yaşadığını göstərir.

KONKRET.az xəbər verir ki, ən sadə gigiyenik normalar belə yerinə yetirilmir, bu isə müxtəlif xəstəliklərin yayılmasına və ölüm hallarının artmasına səbəb olurdu.

* İnsanlar ildə sadəcə bir dəfə, əsasən may ayında çimirdilər. İyun ayında keçirilən toylar da bununla əlaqədar idi. Lakin bədən qoxusunu gizlətmək üçün gəlinlər əllərində gül buketi daşıyırdı.
* Evlərdəki hamamlar böyük bir fıçıdan ibarət idi. Əvvəlcə evin kişisi, sonra oğulları, daha sonra qadınlar və uşaqlar eyni suda çimirdi. Axırda su o qədər çirkli olurdu ki, içində bir şeyi itirmək mümkün idi. “Don’t throw the baby out with the bathwater” (Körpəni də vanna suyu ilə birlikdə atma) ifadəsi də buradan gəlir.
* Ev damları qamışdan olurdu, yağış yağan zaman damdan içəriyə siçanlar, pişiklər, itlər və böcəklər düşə bilirdi. Bu səbəbdən yataqların üstünə parça asılırdı.
* Zənginlər taxta döşəməyə sahib idi, amma yer rütubət idi deyə sürüşkən olurdu, bu səbəbdən yerə saman sərilirdi. Qapının altına isə samanın bayıra tökülməməsi üçün taxta qoyulurdu , bu da “threshold” (eşik) anlayışını yaratmışdı.
* Yeməklər bir qazan içində bişirilirdi və günlərlə eyni yemək qaynayıb yeyilirdi. Bu da “Peas porridge hot, peas porridge cold…” kimi məşhur yanıltmacların yaranmasına səbəb olmuşdu.
* Donuz əti varlılıq əlaməti sayılırdı. Əti evin içinə asaraq qonaqlara göstərmək adət idi.
* Qalay və qurğuşun qarışığından olan qablar pomidor kimi turşulu qidalarla reaksiya verib zəhərlənmələrə səbəb olurdu. Bu səbəbdən pomidorun uzun müddət “zəhərli” olduğu düşünülürdü.
* Bir çox insan bərk boyat çörəkləri boşqab kimi istifadə edirdi, bu isə ağızda “trench mouth” adlı infeksiyaya yol açırdı.
* Qida zəhərlənməsi və içki səbəbilə huşunu itirən insanlar öldü hesab edilərək dəfnə hazırlanırdı. Ayılıb-ayılmadığını izləmək üçün “uyanma növbəsi” saxlanılırdı.
* Qəbir yerlərinin çatışmazlığı səbəbilə köhnə qəbirlər açılırdı və tabutlardan dırnaq izləri çıxırdı. Bu da diri-diri dəfn olunduqlarını göstərirdi.

Bəs bu qədər bərbad şəraitdə yaşayan Avropa necə inkişaf etdi?

Bu sual, tarixə və bugünkü inkişaf modellərinə ciddi şəkildə baxmağı tələb edir. Bir zamanlar epidemiya, gigiyena yoxluğu, informasiya qıtlığı və savadsızlıqla mübarizə aparan Avropa, Sənaye İnqilabı ilə birlikdə təhsilə, texnologiyaya, hüquqa və idarəetməyə sərmayə yatırmağa başladı.

Əgər orta əsrlərdə bədənini ildə bir dəfə yuyan, küçələrə tualet tullantıları axıdan bir cəmiyyət, bu gün dünyanın aparıcı ölkələrinə çevrilə bilibsə bu dönüşüm necə baş verib?

Bu sual bizim üçün də bir “imtahandır”. Biz də tariximizi, mövcud potensialımızı və problemlərimizi doğru dəyərləndirməklə bu inkişaf yolunu seçə bilərikmi?

Tarix sadəcə keçmişin hekayəsi deyil, gələcəyin istiqamətidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri