Icma.az
close
up
RU
Ramiz Mehdiyevin kürəkəni məhkəməni uduzdu, tələbi rədd olundu

Ramiz Mehdiyevin kürəkəni məhkəməni uduzdu, tələbi rədd olundu

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ramiz Mehdiyev bilirdi ki, mən bu bağı möhtərəm Prezidentin sahibkarlara çağırışına cavab olaraq salmışam. Buna baxmayaraq, göstəriş verdi, 10 hektar fındıq bağımı buldozerin qabağına verdirib məhv etdilər. Məqsəd torpaq deyildi, məqsəd ölkə rəhbərliyindən narazılıq yaratmaq idi…"

Oxu.Az xəbər verir ki, bu sözləri Musavat.com-a şabranlı sahibkar Mansur Nəmətulla oğlu İbrahimov deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevlə artıq 8 ilə yaxındır məhkəmələrdə çəkişir:

"Şimal zonasında kürəkəninin törətdiyi cinayətlərin hər biri Ramiz Mehdiyevin birbaşa himayəsi altında baş tutub. Ramiz Mehdiyev olmasaydı, onun kürəkəni ölkənin şimalında bu cür "at oynatmağa" cürət etməzdi. Bütün bunlar Mehdiyevin dövlət çevrilişi planlarına uyğun, sistemli şəkildə aparılıb. Kürəkəni başına yığdığı mütəşəkkil dəstə ilə şimalda sahibkarları çökdürməklə, sadə insanları işsiz qoymaqla kütləvi narazılıq yaradırdı".

Sahibkar bildirib ki, bu gün Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbsdə olması həmin dövrdə baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə üzə çıxarıb:

"Şükür Allaha ki, möhtərəm Prezident "dəmir yumruğu"nu daxildəki ermənilərin başına endirdi. Təəssüf edirəm ki, bu gün də Ramiz Mehdiyevin və onun yanındakıların müdafiəçiləri tapılır. Bununla bağlı müvafiq qurumlara və rəhbər şəxslərə müraciətlər hazırlayıram".

Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə faktiki olaraq onunla və kürəkəni ilə eyni vaxtda mübarizə aparmalı olub. Bu müddətdə Mehdiyevin kürəkəninin məhkəmələrdə dövriyyəyə buraxdığı "sürtülmüş" iddialar bir-birini əvəzləyib.

Bu günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İlham Əlisəftər oğlu Əliyevin apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Kommersiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb.

Söhbət Ramiz Mehdiyevin hələ yüksək vəzifədə olduğu 2018-ci ildə şabranlı sahibkar Mansur İbrahimovun şirkəti - "Turaz" MMC-nin qəsb edilməsi ilə bağlı qalmaqallı məhkəmə işindən gedir.

Sahibkarın sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni tutduğu mövqenin verdiyi toxunulmazlıqdan istifadə edərək Şabranda mütəşəkkil dəstə formalaşdırıb, ona və digər sahibkarlara qarşı açıq basqılar həyata keçirib:

"Gözlərinə xoş görünən şirkətləri, torpaq sahələrini ələ keçirirdilər. Prezidentin kənd təsərrüfatının inkişafı ilə bağlı çağırışına cavab olaraq Şabranda 10 hektar fındıq bağı salmışdım. Bağ artıq məhsul verməyə hazır idi. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən imarətinə gedərkən həmin ərazidə dayanıb, yerli icra hakimiyyətinə göstəriş verdi və bağım darmadağın edildi. Qanunsuz göstəriş dərhal icra olundu".

Mansur İbrahimov iddia edib ki, bu addımlar təsadüfi olmayıb, məqsəd şimal zonasında süni narazılıq yaratmaq, ölkə rəhbərliyinin siyasətinə qarşı ictimai etimadı sarsıtmaq olub. Bununla kifayətlənməyən İlham Əlisəftər oğlu Əliyev qəsb etdiyi "Turaz" MMC adından çıxış edərək, illər boyu sahibkarı məhkəmələrə sürükləyib, qalan əmlakını da əlindən almağa cəhd göstərib. O, Mansur İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon notariat kontoruna qarşı iddia qaldıraraq bağlanmış müqavilələrin etibarsız sayılmasını, torpaqla bağlı çıxarışların, plan və ölçü sənədlərinin ləğvini tələb edib. Bununla da illər əvvəl törədilmiş qanunsuzluqları ört-basdır etməyə çalışıb. Lakin məhkəmə bu tələbləri qanunsuz və əsassız hesab edib. Apellyasiya instansiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, birinci instansiya məhkəməsinin işi düzgün araşdırdığı və maddi-hüquqi normaların pozulmadığı qənaətinə gəlib. Nəticədə İlham Əlisəftər oğlu Əliyevin şikayəti təmin edilməyib, Sumqayıt Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli qətnaməsi qüvvədə saxlanılıb.

Bu qərar torpaq sahəsinin və ona dair sənədlərin hazırkı hüquqi statusunu qoruduğunu təsdiqləməklə yanaşı, Ramiz Mehdiyevin kürəkəninin illərdir davam edən iddialarının növbəti hüquqi iflasla nəticələndiyini də göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri