Icma.az
close
up
RU
İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız

İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, təltif olunanların arasında tanınmış adlar da var.

Belə ki, Eduard Məmmədov, Azər Məhərrəmov və Vəfa Musayeva "Tərəqqi" medalı, İlahə Qədimova və Mövlud Mirəliyev isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif olunublar.

Azərbaycanlı peşəkar kikboksçu Eduard Məmmədov 30 qat dünya çempionu, 11 qat Avropa çempionu, 11 qat dünya kubokunun sahibi, WAKO versiyası üzrə 10 qat dünya çempionu, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında dünya çempionu, peşəkarlar arasında WAKO versiya üzrə interkontinental kəmərin sahibi, peşəkarlar arasında IKBO versiya üzrə dünya kəmərinin sahibidir.

Vəfa Musayeva Everest dağına qalxan Azərbaycanın ilk qadın alpinisti olub. O bu uğura cari ilin may ayında imza atıb.

Tanınmış şahmatçı İlahə Qədimova yeniyetmələr arasında dünya birinciliyinin ikiqat qalibi, 20 yaşlı şahmatçılar arasında Avropa çempionatının qızıl medalçısıdır. Azərbaycan Şahmat Federasiyasının baş katibi olan İlahə Qədimova cari ildə də bir sıra mötəbər yarışlarda işləyərək hakim fəaliyyətini davam etdirib. FIDE tərəfindən ən yüksək kateqoriyalı hakimlər siyahısına daxil edilib.

Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında qızıl medal sahib çıxıb. Hazırda Xüsusi Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışır.

Təltif olunanlar arasında Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov da var. 48 yaşlı armrestlinq (qol güləşi) üzrə usta idmançı 2022-ci ilin may ayında Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

Həmin ilin sentyabrında Fransanın Dyepp şəhərində keçirilən dünya çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. (Oxu.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Dekabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri