15 dəqiqəlik yolu 4 dəqiqəyə gedirlər AYNA zolaq narazılığı ilə razılaşmadı
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Beynəlxalq Avtovağzalının ətrafına çəkilən avtobus zolağı narazılığa səbəb olub.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Yoldan video paylaşan şəxslər bildirirlər ki, artıq həftəsonu, pik saatlar olmasa belə, bu ərazidə kilometrlərlə tıxac yaranır.
“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərib. AYNA sorğuya cavabında bildirib ki, “Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində təşkil edilən xüsusi hərəkət zolağı ilə hazırda gün ərzində 960 dəfə avtobus hərəkət edir. Nəticədə 90000-dən çox ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.
Sözügedən yol sahəsində 102, 114A, 114B, 119, 199, 500, 503, 508, 594 nömrəli marşrutlar da daxil olmaqla ümumilikdə 9 marşrut fəaliyyət göstərir.
Təşkil edilən xüsusi hərəkət zolağı ilə hərəkət edəcək marşrut və avtobus sayının artırılması nəzərdə tutulub. Bu da Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi istiqamətində hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına müsbət təsir edəcək.
Qeyd edək ki, bu ərazidəki məsafəni avtobuslar pik saatlarda 15 dəqiqəyə getdiyi halda, xüsusi zolağın təşkilindən sonra həmin məsafəni ictimai nəqliyyat vasitələri 4 dəqiqəyə qət edir”.
Baxış sayı:111
Bu xəbər 17 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















