Icma.az
close
up
RU
15 dəqiqəlik görüş...

15 dəqiqəlik görüş...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Tramp - Zelenski nələri müzakirə ediblər?

Tramp-Zelenski görüşü bu dəfə məhsuldar keçib. Belə ki, aprelin 26-da Vatikanda Papa Fransiskinin dəfn mərasimindən sonra  Tramp və Zelenski arasında 15 dəqiqəlik görüş baş tutub. “RBC-Ukrayna” agentliyinin məlumatına görə, Tramp və Zelenski Müqəddəs Pyotr kilsəsində qısa görüş zamanı əsas məqamları müzakirə ediblər. Agentlik, həmçinin bildirib ki, hər iki ölkənin prezidenti danışıqları davam etdirməyə razılaşıblar. Görüş barədə jurnalistlərə məlumat verən Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov da bunu təsdiqləyib; “Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkib. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər”, - deyə S.Nikiforov vurğulayıb. Zelenskinin özü də Trampla görüşünün müsbət keçdiyini bildirib: “Yaxşı görüş baş tutdu. Biz təkbətək çoxlu müzakirələr apara bildik. Qaldırılan bütün məsələlər üzrə nəticələrə ümid edirik. Xalqımızın həyatını qorumaq əsas məqsəddir. Tam və qeyd-şərtsiz atəşkəsi təklif etdik”. Eyni zamanda Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çun da görüşün çox məhsuldar keçdiyini təsdiqləyib.

Tramp Zelenskidən nə tələb edib?

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp ilə Zelenski arasında 15 dəqiqəlik görüş münaqişənin nizamlanmasına birbaşa təsir etmək üçün çox az zamandır. Amma....”Belə bir görüşlərin müsbət amillərindən biri budur ki, bu, danışıqlar masasına oturan tərəflərin bir-birinə öz mövqeyini çatdırmaq üçün şərait yaradır. Növbəti Tramp-Zelenski görüşü də bu kontekstdə idi. Qısa bir görüşdə Tramp və Zelenski bir-birinə öz mövqelərini çatdırıblar. Yekun olaraq, hər iki dövlət rəhbəri danışıqların davam etdirilməsinə razılaşıblar. Sözsüz ki, bu görüşdə Tramp Zelenskini Rusiya ilə danışıqlara getməyə və Vaşinqtonun şərtlərinə razı salmağa çalışıb. Bildiyimiz kimi, Tramp administrasiyasının Rusiya ilə Ukrayna arasında qısa bir zamanda müharibənin dayanması və atəşkəsin elan olunması üçün konkret həll planı var. Bu plana görə, rəsmi Kiyev öz ərazisinin bir hissəsini Rusiyaya güzəştə getməlidir. Təbii ki, bu, de-jure deyil, de-fakto səviyyəsində tələb olunur. Tramp Zelenskiyə Ukraynanın düşdüyü mövcud vəziyyəti başa salıb - o, Zelenskiyə izah edib ki, müharibənin uzunması Ukraynanın imkanlarını tükəndirəcək”.

Zelenski Trampdan nə istəyib?

Politoloq vurğulayıb ki, Ukrayna müharibənin dayanması müqabilində ABŞ-dan təhlükəsizlik zəmanətləri istəyir. “Zelenski də öz növbəsində Trampa öz mövqeyini çatdırıb. Ukrayna hakimiyyəti çox yaxşı anlayır ki, ABŞ-ın dəstəyi olmadan Rusiya ilə müharibəni davam etdirmək çətin olacaq. Ukrayna az ziyanla bu ağır prosesdən qurtulmaq istəyir. Düzdür, ərazilərinin Rusiyaya güzəştə gedilməsi Kiyev üçün qırmızı xətdir. Lakin vəziyyət Ukraynanın lehinə deyil.  Zelenskinin Trampdan istəyi bu ola bilər ki, ilk növbədə münaqişə tərəfləri arasında atəşkəs elan olunsun və münaqişə dondurulsun, ondan sonra isə uzunmüddətli danışıqlar prosesi başlasın. Bir də Ukraynaya təhlükəsizlik zəmanətləri verilsin”.

Tramp Makronu Zelenski ilə görüşdən niyə kənarlaşdırdı?

“Hesab edirəm ki, bu, iki səbəbdən irəli gəlir. Birincisi, Tramp Makrona bununla demək istəyib ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesində əsas vasitəçilik missiyası yalnız ABŞ-a məxsusdur və bu prosesdə digər oyunçuların iştirak etməsini istəmir, ikincisi isə Makron, eləcə də digər Avropa liderləri Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsində maraqlıdır. Çünki onlar Avropa İttifaqının da danışıqlar prosesinə cəlb olunmasını istəyirlər. Bu isə ABŞ prezidentinin maraqlarına sərf etmir”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri