Icma.az
close
up
RU
15 erməni, 26 maddə: Bakıdakı separatçıları ömürlük həbs GÖZLƏYİR

15 erməni, 26 maddə: Bakıdakı separatçıları ömürlük həbs GÖZLƏYİR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bakıda həbsdə olan separatçıların cinayət işi məhkəməyə göndərilib. Onlar Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlər törətməkdə ittiham olunurlar.

Prokurorluqdan bildirilib ki, 2 may 2024-cü il tarixdə Baş prokurorun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Baş Prokurorluğun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər Cinayət Məcəlləsinin azı 24 maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub

Separatçıları hansı cəza gözləyir?

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Emil Aslanov bildirib ki, separatçıların ittiham edildiyi maddələr əsasən sülh və insanlıq əleyhinə olan cinayətlərdir:

“Burada 100-cü maddə təcavüzkar müharibəni planlaşdırma, başlama və aparma ilə bağlıdır. Sonra gələn 102-ci maddə isə beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücumla bağlıdır. Təkcə 100-cü maddə 12 ildən 20 ilə qədər yaxud ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan əlavə olaraq 103-cü maddə olan soyqırım maddəsi üzrə isə 14 ildən 20 ilə qədər yaxud ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Vəkil qeyd edib ki, bu şəxslərə ömürlük həbs cəzası verilə bilər:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 20 ilə qədər cəza verilməsi nəzərdə tutulur. Yəni şəxslərə 20 ilə qədər yaxud ömürlük həbs cəzası verilə bilər. 20 ildən artıq həbs cəzası verilməsi qanunvericilikdə nəzərdə tutulmur”.

Qeyd edək ki, cinayət işində adı hallanan şəxslər Arkadi Qukasyan, Arayik Harutyunyan, 

Bako Sahakyan, Davit İşxanyan Rubeni, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qurqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan və Erik Qazaryandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri