Icma.az
close
up
RU
15 gün sovetlərsiz yaşayan Lənkəran...

15 gün sovetlərsiz yaşayan Lənkəran...

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Etibar CƏBRAYILOĞLU
“Tarixçilikdə “mikro-tarix” adlanan bir metodologiya mövcuddur. Bu metod, geniş tarixi dövrləri və böyük ictimai hadisələri daha yaxşı anlamaq üçün dar miqyaslı mövzuları və spesifik hadisələri araşdırmağa əsaslanır...
“Lənkəran 15 gün sovetlərsiz” kitabı mikro-tarixin gözəl, həm də Azərbaycanda az təsadüf olunan örnəklərindən biridir. Əgər bütün rayonlar öz həyat və fəaliyyətlərinə, yaşadıqlarına dayanaraq bir hadisənin, bu kitabdakı kimi, konkret olaraq Milli Azadlıq Hərəkatının lokal xronikasını yazsalar bu zaman Azərbaycan tarixinin həmin dövrü haqqında daha geniş və hərtərəfli mənzərəsi yaranacaq, mükəmməl bir əsər yazılmış olacaq...”
Tanınmış tarixçi-alim, professor Xaləddin İbrahimlinin bu fikirləri İltifat Rəhimzadənin yeni çapdan çıxan “Lənkəran 15 gün sovetlərsiz” kitabına yazdığı “Ön söz”dəndir.
Kitab 1990-cı il yanvarın 11-dən 26-na qədər Lənkəranda baş verən hadisələrdən bəhs edir. Həmin 15 gün ərzində yaşananlar fonunda ikinci dəfə müstəqilliyini bərpa etmək üçün ayağa qalxan Azərbaycan xalqının mübarizəsindən ətraflı danışılır.
Bəs niyə məhz 90-cı ilin 11-26 yanvarı? Həmin günlər Lənkəranda nələr baş vermişdi? Ermənistanın Azərbaycana torpaq iddialarına, orada yaşayan soydaşlarımıza qarşı edilən vəhşiliklərə, mərkəz Moskvanın bu cinayətlərə qərəzli münasibətinə etiraz kimi 1990-cı il yanvarın 11-dən başlayaraq Lənkəranda partiya-sovet, hüquq-mühafizə orqanlarının fəaliyyəti dayandırılmış, Xalq Cəbhəsinin yerli şöbəsi rayonun idarəçiliyini öz üzərinə götürmüşdü. Bu, 70 illik nəhəng sovet imperiyasında analoqu olmayan bir hadisə idi.

Üzərindən 30 ildən çox keçməsinə baxmayaraq “Lənkəran hadisələri” barədə yazılmır və ya qərəzli şəkildə təhrif olunmuş variantda təqdim edilir. “Lənkəran 15 gün sovetlərsiz” kitabı bu baxımdan çox qiymətli mənbədir. Bu kitabı dəyərli edən vacib bir məqam isə müəlliflə bağlıdır. İltifat Rəhimzadə kitabda bəhs olunan hadisələrin birbaşa iştirakçısı, Milli Azadlıq Hərəkatının fəallarından biri, Xalq Cəbhəsi Lənkəran şöbəsinin idarə heyətinin üzvü, SSRİ dövründə rayonu 15 gün sovetlərsiz idarə edən şəxslərdən olub. İxtisasına görə tarixçi olan müəllif təkcə özünün və mübarizə yoldaşlarının yaddaşına arxalanmayıb, o dövrün rəsmi sənədlərinə, fotoşəkillərinə istinad edərək hadisələrin xronikasını yaradıb. Obyektiv tarixçi kimi düzgün atılan addımları da, buraxılan səhvləri də göstərməyi bacarıb. Kitab aydın, oxunaqlı publisistik dildə qələmə alınıb. “Apostrof-A” nəşriyyatında çap edilən bu kitabın redaktoru Şəmşad Ağadır.
70 yaşını qeyd etməyə hazırlaşan müəllifə belə mühüm əhəmiyyətli bir kitab ərsəyə gətirdiyinə görə təşəkkürlər düşür. Var olun, İltifat bəy, yaşadıqlarınıza və yazdıqlarınıza görə!
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri