Icma.az
close
up
RU
15 qolun vurulduğu oyunda veteranlar jurnalistlərə qalib gəldi FOTOLAR

15 qolun vurulduğu oyunda veteranlar jurnalistlərə qalib gəldi FOTOLAR

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib.

Sportal.az xəbər verir ki, belə tədbirlərdən birində isə “QOLAT Sport Services & Football Agency” şirkətinin təşkilatçılığı ilə idman jurnalistlərindən ibarət komanda Azərbaycanın futbol veteranları ilə qarşılaşıb. Sabiq FİFA referisi Anar Salmanovun və gənc hakim Toğrul İbadovun idarə etdiyi dostluq matçı veteranların 10:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra çıxış edən veteranlar komandasının üzvü Mahmud Qurbanov media nümayəndələrini yubiley münasibətilə təbrik edib: "Maraqlı qarşılaşma oldu. "QOLAT" şirkətinə təşəkkür edirik ki, bu cür tədbir həyata keçirib. Jurnalistlər cəmiyyətin çox önəmli təbəqəsidir. İdman mediası bu fonda xüsusi ilə seçilir".

Futbol mütəxəssisi Tərlan Əhmədov da media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara bol yaradıcılıq uğurları arzulayıb: “Maraqlı qarşılaşma oldu. “QOLAT” şirkətinin təşəbbüsünü alqışlayırıq.  Futbolun inkişafı istiqamətində işlər görmək və bunun ictimaiyyətə çatdırılması baxımından medianın rolu kifayət qədər böyük və əhəmiyyətlidir”. 

“QOLAT Sport Services & Football Agency”nin direktoru Səid Bağırov isə çıxış edərək peşə bayramını qeyd edən bütün mətbuat işçilərini  təbrik edib, fəaliyyətlərində uğurlar diləyib: "Çox möhtəşəm tədbir oldu. Veteranlara və mediaya iştiraka görə təşəkkür edirik. Hesab edirəm ki, media Azərbaycanda da futbolun, oyunçuların, futbol ictimaiyyətinin populyarlaşmasında böyük təsir qüvvəsinə malikdir. Biz də öz çərçivəmizdə belə bir təşəbbüslə çıxış edərkən hər şeyin möhtəşəm olacağını təsəvvür edirdik, meydanda maraqlı mübarizə getdi". 

Qeyd edək ki, “QOLAT Sport Services & Football Agency”  dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir. Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır. Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri