Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

15 sentyabr günü təkcə Bakının qurtuluşu deyildi ŞƏRH

15 sentyabr günü təkcə Bakının qurtuluşu deyildi ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Həm də Cümhuriyyətin varlığının rəsmiləşməsi idi


Bu tarix Türkiyə və Azərbaycan respublikalarının rəsmi özəl gününə çevrilməlidir



Sentyabrın 15-i Azərbaycan xalqı üçün mühüm tarixi hadisə və qürur mənbəyidir. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad etməklə mühüm xilaskarlıq missiyası həyata keçirdi. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi və bu səbəbdən də Gəncə şəhəri müvəqqəti olaraq paytaxt seçilmişdi. 

Həmçinin, dövlətin müstəqilliyini müdafiə etməyə qadir olan milli hərbi qüvvələr tam formalaşmamışdı. Dünyanı bölüşdürmək istəyən Rusiya, İngiltərə, Almaniya kimi dövlətlərin Cənubi Qafqaz, xüsusən neft Bakısı ilə bağlı planları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirirdi. Azərbaycanın müstəqillik əldə etməsi bu ölkələrin marağına uyğun deyildi. Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə 1918-ci il iyunun 4-də imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir şəraitdə Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci il mayın 9-da Təbrizə, on bir gün sonra isə Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi. Əhali tərəfindən böyük sevinclə qarşılanan Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərk-silah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi. Bu ordunun döyüş yolu Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan və Şamaxıdan keçdi. Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilmədi. Bakı uğrunda döyüşlərdə Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Şəhər sentyabrın 15-də azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bu hadisə Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Şəhər daşnak-bolşevik qüvvələrindən xilas edildi. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini möhkəmləndirmək imkanı qazandı. Bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinə dövlət quruculuğu prosesinə başlamaq imkanı yaratdı. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmış, o torpaqda şəhadətə qovuşmuşdular. Babalarımızın miras qoyduğu bu qardaşlıq sonrakı illərdə yeni məzmunla zənginləşərək bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin taleyində mühüm amil oldu. 

XXI əsrdə isə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türkün tarixinə daha bir şanlı səhifə yazdı. Ermənistan kapitulyasiya aktını imzaladı və torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Yeri gəlmişkən, XXI əsrin ikinci onilliyində tarix təkrar olundu. Əgər 107 il əvvəl Osmanlı dövləti azərbaycanlı qardaşlarına hərbi qüvvə ilə kömək etmişdisə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Müharibənin ilk saatlarından Türkiyə Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verdi, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan etdi. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfərdə Türkiyə liderinin, türk xalqının siyasi-mənəvi dəstəyi mühüm rol oynadı və üçüncü qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdən çəkindirdi. Türkiyə-Azərbaycan qardaşlığı XX əsrin ikinci onilliyinin qanlı müharibələrinə, mürəkkəb siyasi proseslərinə birgə sinə gərdi və zaman-zaman daha da möhkəmləndi. Azərbaycan paytaxtının ən hündür yerlərindən birində ucaldılmış Türk Şəhidliyi abidəsi Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, silah qardaşlığımızın rəmzi sayıla bilər. Azərbaycan torpaqlarında uyuyan türk şəhidlər, eyni zamanda, iki qardaş ölkənin ortaq taleyindən xəbər verir. 


Türkoloq-alim, AMEA-nın aparıcı elmi işçisi Faiq Ələkbərli Sherg.az-a açıqlamasında deyib ki, 1918-ci ilin sentyabrın 15-də tərkibi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyətinin əsgərlərindən ibarət olan Qafqaz İslam Ordusunun Bakını və torpaqlarımızın böyük qismini rus-bolşevik, erməni daşnaklarından azad etməsi böyük tarixi uğurdur. Alim vurğulayıb ki, Bakı işğaldan azad edilməsəydi, Azərbaycan Xalq Cümhuriyyəti də yarımçıq olacaqdı: 

"Bugünkü Azərbaycanın taleyinin necə olacağı da sual altına düşəcəkdi. Bakı yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti üçün çox önəmli idi. Vaxtı ilə bunu AXC-nin qurucusu, cümhur başqanı, milli ideoloqumuz M.Ə.Rəsulzadə bir kəlmə ilə ifadə etmişdi. Rəsulzadə bildirmişdi ki, Bakısız Azərbaycan başsız bədəndir. Çünki Bakı bu gün də, dünən də və gələcəkdə də çox mühüm şəhərdir. Bakının mühümlüyü ancaq neft və qaz təbii sərvətləri ilə bağlı deyildi. Bakı həm də Xəzər dənizinin sahilində yerləşən, Şərqdən-Qərbə, Şimaldan-Cənuba böyük ticari-siyasi anlam daşıyan şəhərdir. Ona görə də 15 sentyabr günü Bakının qurtuluşu olmaqla yanaşı, Cümhuriyyətin varlığının da rəsmiləşməsi idi. Bu da çox önəmli məqamdır". 


F.Ələkbərli qeyd edib ki, AXC məhz öz paytaxtı Bakı ilə sözünü deyə biləcək gənc dövlətə çevrildi: 

"O zaman nəinki ruslar, ingilislər, hətta Osmanlının müttəfiqləri almanlar belə Bakının Azərbaycanda qalmasında maraqlı deyildilər. 15 sentyabr gününə dövlət səviyyəsində daha yüksək qiymət verilməlidir, xüsusi qeyd olunmalıdır. Türkiyə və Azərbaycan respublikalarının rəsmi özəl gününə çevrilməlidir. Ankara nədirsə, Bakı da odur. Şükürlər olsun ki, Bakının qurtuluşundan illər sonra Qarabağın da qurtuluşuna şahid olduq. Artıq torpaq bütünlüyümüz, suverenliyimiz bərqərar olunub. Bütöv Azərbaycanın, Təbrizin qurtuluşuna doğru gedirik. O baxımdan 15 sentyabr - Bakının azadlığı gününün önəmini doğru-dürüst qiymətləndirmək və yeni nəslə daha təfərrüatlı çatdırmaq lazımdır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri