Icma.az
close
up
RU
150 il Azərbaycan mətbuatının dayanıqlı inkişafı

150 il Azərbaycan mətbuatının dayanıqlı inkişafı

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir, qloballaşan dünyamız Azərbaycanda bir çox sahələrdə olduğu kimi, media sahəsinin də yeniləşməsini, yeni çağırışlara cavab verməsini, habelə cəmiyyətin dəqiq, dürüst, qərəzsiz məlumatlandırılması prosesinin şəffaflıqla həyata keçirilməsini diktə edir.

Ölkəmizin dövlətçilik, quruculuq tarixində hər zaman maarifçiliyə, görülən işlərə düzgün qiymətin verilməsi, cəmiyyətin məlumatlandırılması fəaliyyətinə, ümumilikdə jurnalistika anlayışına böyük töhfələr olub.
Tarixən sözazadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Təsadüfi deyil ki, ictimai fikrə təsir imkanı böyük olan mətbuat bütün dünyada “dördüncü hakimiyyət” adlandırılır. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır.

Bu il Azərbaycanın milli jurnalistikası yaranma tarixinin 150-ci ildönümünü qeyd edir. Həmin gün – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin ilk anadilli qəzeti “Əkinçi”ni nəşrə başlaması xalqımızın milli oyanış və mədəni tərəqqi tarixinin ən önəmli hadisələrindən biri idi. 1877-ci ilin sentyabrınadək qəzet cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
Keçən müddət ərzində Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri əhatə edən zəngin və şərəfli inkişaf yolu keçib.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media islahatları nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. Bununla da, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü.

Bu gün yeniləşən dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar Azərbaycanda jurnalistika fəaliyyətinin, mövcud informasiya portallarında, innovativ platformalarda işin təşkilinindaha nizamlı olmasını zəruri edir. Bu baxımdan media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, eyni zamanda bu günki dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir.

Təsadüfi deyil ki, hazırda ölkəmizdə çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur
Eyni zamanda, uzun zamandan sonra ölkədə 2021-ci ildə “Media haqqında” yeni qanun layihəsi hazırlandı. Qanun layihəsinin qəbulu Parlamentdə kifayət qədər geniş müzakirə olundu, müzakirələr zamanı müxtəlif müstəqil, korporativ maraqları ifadə edən, eləcə də beynəlxalq təcrübədən irəli gələn ekspert fikirləri səsləndirildi.Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür.”

Görülmüş işlər nəticəsində istər mavi ekranlarda, sosial şəbəkə platformalarında, bloqerlik fəaliyyətində, istərsə də ənənəvi jurnalistikada tam yeni mənzərə ilə qarşılaşırıq. Bu, öz növbəsində,bir tərəfdən əlavə müxalif fikirlər yaradır, digər tərəfdən isə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün bu sahədə nizam-intizamın yaradılmasına köməklik göstərir.

Azərbaycan jurnalistləri, eyni zamanda, hərbi jurnalistikada da yeniliklərə imza atıblar. Belə ki, 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi zamanı Azərbaycan jurnalistləri döyüş bölgəsində baş verən hadisələrin, Azərbaycan həqiqətlərinin həm xalqımıza, həm də dünya ictimaiyyətinə çatdırılması işində öz həyatlarını təhlükəyə atdılar, şiddətli döyüşlərin getdiyi ərazilərdə 24 saatfəaliyyət göstərərəkağır dönəmdə öz peşə vəzifələrini layiqincə yerinə yetirdilər.

Bu gün Azərbaycanda Birinci və İkinci Qarabağ Müharibələrində, eyni zamanda postmüharibə dövründə canından keçmiş, qəhərmancasına şəhid olmuş jurnalistlərimiz var. Onların əziz xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən ehtiramla anılır.

Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin İkinci Qarabağ-Vətən Müharibəsi zamanı informasiya cəbhəsində apardığı mübarizə, nüfuzlu media agentliklərinə Azərbaycanınədalətli mövqeyi, haqq işimizlə bağlı verdiyi müsahibələr jurnalistlərimiz üçün yeni baxış, yol xəritəsi oldu.

Belə ki, mediamız Vətən Müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsindəverdiyi əməli töhfələrlə yanaşı, postmüharibə dövründə dəmedia forumlar, nüfuzlu beynəlxalq tədbirlər vasitəsilə qlobal media qurumları ilə əməkdaşlığı genişləndirərək bu işi davam etdirirlər. Peşəkar jurnalistlərimiz bu gün də Prezident İlham Əliyevin sülhə yönəlik səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Bu gün artıq suverenliyini tam bərpa etmiş Azərbaycanın işğaldan azad olunmuş şəhərlərində keçirilən qlobal tədbirlər çərçivəsində milli mətbuatımız ötən əsrlərdən miras qalan missiyasını peşəkarlıqla davam etdirir.
19 iyul 2025-ci il tarixində Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda artıq ənənə halını almış III Şuşa Qlobal Media Forumunun öz işinə başlaması, Forumun açılışında Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrindən gələn mətbuat nümayəndələrinin suallarını cavablandırması yerli və beynəlxalq jurnalistlər platforması vasitəsilə regionda yaranmış yeni geosiyasi reallıqları, Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olması üçün əzmini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sevindirici haldır ki, Azərbaycanın milli mətbuatının 150 illiyi xalqımız üçün qürurverici olan “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir. Məhz Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması bu gün ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib.

Beləliklə, dünyamız üçün ağır transformasiya dövründə ölkə mətbuatının sağlam, peşəkar, milli maraqlar çərçivəsində çıxış etməsi çox vacibdir və bu çətin, şərəfli işi Azərbaycanda çoxsaylı jurnalist ailəsi həyata keçirməkdədir.Bu baxımdan, inanırıq ki, müasir Azərbaycan mediasıqlobal tendensiyaları nəzərə almaqla dövlət maraqlarını həmişə uca tutacaq, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsində daha fəal olacaq.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri