Icma.az
close
up
RU
Səfəvilər haqda fransız rahib 17 ci əsrdə nələr yazıb?..

Səfəvilər haqda fransız rahib 17 ci əsrdə nələr yazıb?..

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Sizlərə qeyri-adi bir kitab təqdim edirəm. Kitabın müəllifi Rafael dü Mans (Raphaël du Mans) fransız rahibi və riyaziyyatçı idi. O, İsfahanda 30 ildən çox yaşamış və Səfəvilər sarayında rəsmi tərcüməçi və məsləhətçi kimi fəaliyyət göstərmişdir.

1660-cı ildə qələmə alınmış “Estat de la Perse” (Persiyanın vəziyyəti) əsəri Səfəvi imperiyasının sosial, siyasi və mədəni mənzərəsini avropalılara tanıdan ən mötəbər mənbələrdən biridir.

Dü Mans Azərbaycanı imperiyanın şimal-qərb hissəsi, mərkəzi Təbriz olan böyük və zəngin bir ərazi kimi təsvir edir. O qeyd edir ki, bu ad təkcə torpağı deyil, həm də imperiyanın hərbi elitası olan Qızılbaşların ana vətənini ifadə edir.

Avropalılar bütün Səfəvi coğrafiyasını “Persia” adlandırdıqları üçün o, bu adı başlıq kimi seçib. O izah edir ki, bu "Persia" dediyimiz dövləti idarə edən və döyüşən real xalq Azərbaycan türkləridir.

Dü Mansaa görə, dövlətin onurğa sütununu təşkil edən əsas etnik ünsür Azərbaycan türkləridir. O, bu xalqı bəzən “turcoman” (türkmən), dilini isə "turq" adlandırır. Onları yerli farsdilli əhalidən həm həyat tərzinə (daha döyüşkən və hərbi), həm də dillərinə görə kəskin şəkildə fərqləndirir.

1660-cı ilə aid kitabda Azərbaycan adının çəkilməsi bir daha sübut edir ki, coğrafi anlamda bu ad qədimdən mövcud olub.

Müəllif Azərbaycanı Səfəvi sülaləsinin çıxdığı yer və onların əsl güc mərkəzi kimi qələmə verir. O, kitabın sonundakı lüğət bölməsində təqdim etdiyi dilin məhz Azərbaycan coğrafiyasında və sarayda danışılan dil olduğunu bildirir.

Azərbaycanlıların bir-birinə qarşı çox hörmətli olduqlarını, müraciət edərkən “canım”, “gözüm”, “ağa” kimi ifadələrdən tez-tez istifadə etdiklərini yazır.

Müəllif kitabda qeyd edir ki, Səfəvi sarayında, orduda və hakim təbəqə arasında əsas ünsiyyət dili türk dilidir (Azərbaycan türkcəsi). O, bu dili “əmrlər və hökmranlıq dili” kimi xarakterizə edir. Müəllif göstərir ki, hətta türk olmayan bəzi məmurlar və ya avropalılar şahın gözünə girmək üçün türkcə öyrənir və türk adətlərini təqlid edirdilər.

O yazır ki, hər nə qədər fars dili ədəbi və rəsmi yazışma dili olsa da, Səfəvi sülaləsi və ordusu türkdilli olduğu üçün sarayda hakim dil türkcədir. Dü Mans bildirir ki, şahla ünsiyyət və ya sarayda karyera qurmaq istəyən hər kəs, hətta əcnəbi diplomatlar belə, bu dili öyrənməlidir.

Dü Mans iddia edir ki, fars dilini bilmədən sarayda yaşamaq olar, amma türkcəni bilmədən şahın yanında heç bir nüfuz qazanmaq mümkün deyil.

O, hərbi rütbələrin və komandaların Azərbaycan türkcəsində verildiyini bildirir.

Kitabı oxuyan zaman Latın əlifbası ilə aşağıdakı sözlərə rast gələ bilərsiniz ki, müəllif bunları yerli xalqın dili ilə yazıb:

“Allah sakhlassun” (Allah saxlasın)

“Kochek guildi” (Xoş gəldi)

“Siz ne gueuziel danichoursiz” (Siz nə gözəl danışırsınız).

Eyni zamanda dialoqlara da rast gələcəksiniz:

“Siz turqi biloursiz?" (Siz türkcə bilirsiniz?)

“Belli, bilirmen” (Bəli, bilirəm)

“Mene bir az su ver” (Mənə bir az su ver).

Qarabağ barədə də qeydləri var. Dü Mans Qarabağda əsasən döyüşkən türk tayfalarının məskunlaşdığını və idarə edildiyini qeyd edir. Digər şəhərlər barədə də ətraflı bilgi verir.

Səfəvi sülaləsinin köklərinin Azərbaycanın türk mühitinə bağlı olduğunu və onların özlərini bu kimliklə eyniləşdirdiklərini təsvir edir. O, farsları daha çox mülki işlərlə məşğul olan təbəqə, türkləri isə dövləti idarə edən və qoruyan döyüşçü millət kimi təsvir edir.

Dü Mans vurğulayır ki, Səfəvilərin Anadolu daxilindəki türk tayfaları üzərindəki mənəvi təsiri Osmanlıları ciddi narahat edirdi. Anadolu türkmənlərinin Səfəvi şahına “mürşid” kimi baxması Osmanlı sarayında “daxili üsyan” qorxusu yaradırdı.

Osmanlılar bu təsiri kəsmək və Şərqi Anadolunu qorumaq üçün Azərbaycanı işğal etməyə can atırdılar.

Dü Mans Osmanlıları imperiya ambisiyaları olan və davamlı genişlənməyə çalışan bir güc, Səfəviləri isə öz qədim torpaqlarını qorumağa çalışan bir tərəf kimi təsvir edirdi.

Dü Mans bu məlumatları verərkən Avropa dövlətlərinə müraciət də edir:

“Əgər danışıqlar aparmaq istəyirsinizsə, fars mütəxəssislərini deyil, bu sarayın əsl sahibi olan türkləri və onların dilini tanıyan adamları göndərməlisiniz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Fevral 2026 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri