Icma.az
close
up
RU
16 noyabrda baş vermiş tarixi hadisələr

16 noyabrda baş vermiş tarixi hadisələr

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. BMT-nin nizamnaməsində tolerantlığın tərifi belə verilib: “Hamı bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi birlikdə dinc yaşamalıdır”.

Bəs, noyabrın 16-da dünyada daha nələr olub?

1. İspan sərkərdəsi Fransisko Pizarro 168 nəfərdən ibarət hərbi birliyi ilə 80 min nəfərlik orduya komandanlıq edən İnka imperatoru Atahualpanı 1532-ci ilin 16 noyabrında məğlub edərək onu əsir götürdü.

2. 1849-ci ilin 16 noyabrında çar Rusiyası məhkəməsi "Cinayət və cəza" romanının müəllifi, yazıcı Fyodor Dostoyevskiyə “Hökumət əleyhinə hərəkətlərinə görə” maddəsilə ölüm cəzası kəsdi. Sonradan ölüm cəzasını “kürək cəzası” ilə əvəz etdilər.

3. Dövrünün ən böyük tikililərindən biri olan Süveyş kanalının çəkilişi 1869-cu ilin 16 noyabrında başa çatdırılıb. Vaxtilə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən iri dövlətləri tərəfindən bu kanalın inşasına külli miqdarda vəsait sərf olunub. Hazırda Misir Ərəb Respublikası büdcəsinin xeyli hissəsini Süveyş kanalından gələn gəlir təşkil edir. 

4. Bu gün Macarıstan xalqının milli bayramı – Müstəqillik Günüdür. Şərqi Avropanın bu ölkəsi 1918-ci ildə Avstriya-Macarıstan imperiyası dağıldıqdan sonra 16 noyabrda müstəqilliyini elan edib.

5. 1918-ci ilin bu günündə Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Tobçubaşov İstanbulda Qacarlar dövlətinin səfiri Mirzə Mahmud xanla görüşüb.

6. 1920-ci ilin bu günündə Azərbaycan Neft və Kimya İnstitutu təsis olunub. Bu ali təhsil ocağı hazırda Azərbaycan Neft Akademiyası adlanır.

7. İşğalçı orduların baş komandanı, general Harrinqtona 1922-ci ilin 16 noyabrında rəsmən müraciət edən son Osmanlı sultanı Vəhdətdin İstanbulda həyatının təhlükədə olduğunu və İngiltərəyə sığınmaq istəyini bildirib.

8. 16 noyabr 1938-ci ildə həmin ilin 10 noyabrında həyata gözlərini yuman Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün cansız bədəni İstanbulun Dolmabahçe Sarayında tabuta qoyuldu.

9. 1945-ci il noyabrın 16-da İngiltrənin paytaxtı Londonda 44 ölkənin hökumət nümayəndələri BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə bölməsini – UNESCO-nu təsis etdilər.

10. 16 noyabr 1967-ci ildə mərkəzi Amerika Birləşmiş Ştatlarında olan Beynəlxalq Şeir Forumu Fazil Hüsnü Dağlarcanı “Yaşayan ən böyük türk şairi” seçib.

11. 1988-ci ilin bu günündə Benazir Bhutto (1953-2007) Pakistanın Baş naziri seçilib. Bununla da o, müsəlman dünyasında hökumət başçısı vəzifəsinə seçilən ilk qadın kimi tarixə düşüb. 2007-ci ilin dekabrında terror aktı nəticəsində həlak olub.

16 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün Azərbaycanın əfsanəvi qəhrəmanı, partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirə günüdür. İkinci Dünya Müharibəsi zamanı - 1942-ci ildə Stalininqrad ətrafında döyüşlərdə iştirak edib, ağır yaralanaraq əsir düşüb. Faşistlərin Ukrayna, Polşa, İtaliya və Yuqoslaviya hərbi əsir düşərgələrində olub. Yuqoslaviyada əsirlərin hərbi düşərgədən qaçmasında mühüm rol oynayıb (1918-1944).

2. 16 noyabr 1906-cı ildə dünya şöhrətli xalçaçı rəssam, dekorativ sənət ustası Lətif Kərimov (1906-1991) anadan olub.

3. 16 noyabr 1938-ci ildə məşhur aktyor, rejissor Abbas Mirzə Şərifzadə (12.12.1893 - 1938) dünyasını dəyişib. Sənətkar Stalin repressiyalarının qurbanı olub, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.

4. 16 noyabr 1995-ci ildə Xalq artisti Zemfira Əliyeva (1941- 1995) vəfat edib. "Böyük dayaq" filmində (1962) yaratdığı Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, 1988-1995-ci illərdə Akademik Milli Dram Teatrında çalışıb./bizim.media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri