Icma.az
close
up
RU
17132 yoluxma, 819 ölüm...

17132 yoluxma, 819 ölüm...

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2002-ci ildən bəri Türkiyədə 17132 Krım-Konqo Qanamalı Atəşi (KKKA) hadisəsi qeydə alınıb, onlardan 819-u həyatını itirib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, bu il isə yalnız may ayı ərzində Sivasda üç nəfər, Sivasın Koyulhisar rayonunda bir körpə və Tokatda müalicə alan daha bir körpə xəstəlik səbəbilə həyatını itirib.

Qeyd olunub ki, KKKA gənələr vasitəsilə insana keçən, bəzi hallarda ölümə səbəb ola bilən ciddi infeksion xəstəlikdir. Xəstəlik adətən yaz və yay aylarında, xüsusilə kənd yerlərində yaşayan və heyvandarlıqla məşğul olan insanlarda daha çox müşahidə olunur. Yoluxma əsasən gənə dişləməsi ilə baş verir.

Bundan əlavə bildirilib ki, yoluxmuş gənənin bağırsağı ilə dəri təması, xəstə heyvanların qanı və ya bədən mayeləri ilə təmas, habelə tibb işçilərinin xəstələrlə birbaşa təmasda olması da infeksiyanın ötürülməsinə səbəb ola bilər.

Dünyada təxminən 900 gənə növünün mövcud olduğu və bunlardan yalnız az bir qisminin insanlarda KKKA-ya səbəb ola biləcəyi nəzərə çatdırılıb. 

Vurğulanıb ki, xəstəlik baxımından ən riskli növlər “Hyalomma” cinsinə aid gənələrdir. Türkiyədə daha çox İç Anadolu, Orta Qara dəniz və Şərqi Anadolu bölgələrində, xüsusilə Kelkit Vadisi adlanan ərazilərdə rast gəlinir. İqlim dəyişikliyi, artan heyvan hərəkətliliyi və təbiət turizmi gənələrin əvvəl görünmədiyi bölgələrə yayılmasına səbəb olur ki, bu da yeni yoluxma risklərini artırır.

Xəstəliyin ilkin əlamətləri zəiflik, titrəmə, bədən ağrıları, iştahsızlıq, baş, əzələ və oynaq ağrıları ilə başlayır. Bu simptomlar bir çox digər virus infeksiyalarının əlamətlərinə bənzəyir. Gənə dişləməsindən sonra əlamətlər 1-3 gün ərzində başlayır və 10 günə qədər davam edə bilər. Ağır hallarda ürəkbulanma, qusma, ishal, ağız və burun qanaxmaları, mədə-bağırsaq və beyin qanaxmaları müşahidə olunur.

Gənələr adətən qulaq arxası, qoltuq altı, qasıq, diz və tüklü dəridə yapışır. Gənənin mümkün qədər tez və düzgün üsulla bədəndən çıxarılması vacibdir. Heç vaxt çılpaq əllə çıxarılmamalı, parça, əlcək və ya neylondan istifadə olunmalıdır. Gənə məhv edilməli, heç bir halda təbiətə buraxılmamalıdır. Əgər şəxsin özü çıxara bilmirsə, dərhal tibb müəssisəsinə müraciət etməlidir.

Profilaktik tədbir olaraq açıq rəngli geyimlər geyinmək, şalvar ətəklərini corabın içinə salmaq tövsiyə olunur.

Diqqətə çatdırılıb ki, gənə kovucular 100% qoruma təmin etmir.

Hazırda KKKA-nın təsdiqlənmiş müalicəsi və peyvəndi yoxdur. Xəstələrə yalnız dəstəkləyici müalicə tətbiq edilir. Maye-elektrolit balansı qorunur, qan və orqan funksiyalarına nəzarət edilir.

Türkiyədə xəstələrin 5%-i həyatını itirir. Dünyada bu göstərici 10-40% arasında dəyişir. Bu baxımdan Türkiyədəki göstəricilər nisbətən aşağıdır.

Ümumdünya Səhiyyə Təşkilatı KKKA-nı prioritet yoluxucu xəstəliklər sırasına daxil edib. Yüksək viral yükü olan xəstələrin qan və bədən mayeləri ilə birbaşa təmas infeksiya riskini artırır. Bu səbəbdən xəstələrlə təmas zamanı qoruyucu vasitələrdən istifadə olunur.

Xəstə həyatını itirdikdə də dəfn mərasimləri xüsusi qaydalarla həyata keçirilməlidir. Tabut açılmamalı, qəbir ən azı iki metr dərinlikdə olmalıdır.

Dünyada hər il təxminən 10.000-15.000 insan bu virusa yoluxur. Çox zaman yüngül simptomlarla keçsə də, bəzən ölümcül nəticələrə səbəb ola bilir.

Bu il apreldən bəri Sivas Cümhuriyyət Universitetində 21 KKKA xəstəsi müalicə alıb, hazırda 6 nəfər stasionarda, 1 nəfər isə reanimasiyada müalicə olunur. Pediatriya şöbəsində müşahidə edilən 5 uşaqdan 3-ü hələ də xəstəxanadadır. 

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 May 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri