Icma.az
close
up
RU
18 ay sonra bəraət aldı “Balıq tutduğuma inanmamışdılar”

18 ay sonra bəraət aldı “Balıq tutduğuma inanmamışdılar”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan Beyləqan sakininə həbsindən 18 ay sonra bəraət verilib.  

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi verilmiş ittihamların təsdiqi üçün təqdim edilmiş sübutları yetərli hesab etməyib.

Ağır cinayətdə ittihan olunan 38 yaşlı İlkin Cəfərov Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində çalışıb. Hadisə günü də işi ilə bağlı yaşadığı İkinci Şahsevən kəndindəki su kanalına gedib. İlkin kanalın ətrafında olarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları ona yaxınlaşaraq qanunsuz narkotik dövriyyəsi ilə əlaqədar saxlanıldığını deyiblər.

İlkinə verilmiş ittihamda yazılıb ki, o, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları ilə əlbir şəkildə hərəkət edərək onların qaçaqmalçılıq yolu ilə ölkəyə keçirdiyi narkotik vasitəni götürmək üçün kanalın yanına gəlib. 15 kiloqram qurudulmuş marixuananı götürüb geri qayıdarkən də saxlanılıb.

Amma təqsirləndirilən kəndli hakimlərin qarşısında ittihamı qəbul etməyərək belə bir hadisə baş vermədiyini deyib. 

İlkin məhkəmədə bildirib ki, 2013-cü ildən Beyləqan rayon Su-Kanal İdarəsində nizamlayıcı vəzifəsində çalışır. İşi ilə əlaqədar tez-tez su kanalına gedir, suyun paylanmasını tənzimləyir, bəzən də orada balıq tutur. Hadisə günü də sahə rəisi ona suyu nizamlamağı tapşırıbmış: “Özümlə qarmaq və tor götürdüm ki, işimi bitirdikdən sonra balıq tutum. Kanal sərhəd zastavasının yaxınlığından keçir. Tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər yanıma yaxınlaşdılar. Dedilər ki, sən buraya narkotik götürmək üçün gəlmisən. Əllərimi və gözlərimi bağlayıb təxminən 50 metr apardılar. And-aman etdim ki, narkotik nədir, necə olur, heç bilmirəm. Dedim ki, burada həmişə balıq tuturam, inanmadılar”.

Təqsirləndirilən şəxs aşkarlanan narkotikin ona aidiyyəti olmadığını təkrarlayaraq hakimlərdən ona bəraət verilməsini xahiş edib.

Əməliyyatda iştirak edən sərhədçilər isə prosesdə İlkinə qarşı ifadə veriblər. Şahidlərin dediyinə görə, kanalın ətrafına narkotik qoyulması barədə əvvəlcədən məlumat daxil olub, buna görə də orada pusqu qurublar: “Gördük ki, şəxs paltarlarını soyunub kanalı keçdi, bir az sonra da torba ilə geri qayıtdı. Ona “dayan” əmri verilib, havaya xəbərdarlıq atəşi açılıb. Amma o, sərhəd zolağından arxaya doğru qaçmağa başladı. Tutub saxladıq. Amma saxlanıldığı yerdə balıq tutmaq üçün heç bir avadanlıq yox idi, yalnız paltarlar, rezin çəkmə və mobil telefon var idi”.

Oruc Cəlilovun sədlik etdiyi məhkəmə kollegiyası ittiham tərəfinin şahidlərinin dediklərini inandırıcı hesab etməyiblər. Hökmə əsasən, İlkin Cəfərov Azərbaycan Respublikası adından təqsirsiz elan edilib. O, dərhal həbsdən azad edilib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Aprel 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri