Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib. Müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşənlərin hər üçü qazidir.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:Ordubadda yol qəzası: xəsarət alanlar var
30 Dekabr 2024 19:32
Ordubadda yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb FOTO
30 Dekabr 2024 17:08
Çadda ağır yol qəzası: 12 nəfər həyatını itirib
08 May 2025 07:33
Biləsuvarda ağır yol qəzası: 5 nəfər həyatını itirib
07 Dekabr 2025 10:51
Ordubadda zəlzələ olub
26 Noyabr 2024 21:41
Baxış sayı:108
Bu xəbər 14 Noyabr 2026 04:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















