Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Deputat jurnalisti həbs etdirib

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

Topuriya məğlub oldu UFC də ŞOK

İsveç miqrant siyasətini sərtləşdirir

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

Legioneri “Qəbələ” ilə vidalaşdı

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

18 dekabr Beynəlxalq Miqrant Günüdür

18 dekabr Beynəlxalq Miqrant Günüdür

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Miqrant taleləri – qloballaşan dünyanın insan hekayələri

Bəzən bir çamadan insanın bütün həyatına çevrilir. İçində bir neçə geyim, bir neçə şəkil, bir də ürəkdən qopmayan Vətən həsrəti… Dünyanın harasında olmasından asılı olmayaraq, miqrantın yolu həmişə ümidlə başlayır. Amma bu ümid çox vaxt sınaqlardan, çətinliklərdən, ayrılıqlardan keçir.      

Məlum olduğu kimi,  1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi  haqqında” Konvensiya qəbul edilib. Bu Konvensiya Azərbaycan Respublikası  Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilə ratifikasiya olunub. 2000-ci ildən etibarən dekabrın 18-i dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.

18 dekabr – Beynəlxalq Miqrant Günü müasir dünyanın ən həssas və eyni zamanda ən aktual mövzularından birinə diqqəti yönəldir. Rəqəmlərin arxasında gizlənən insan hekayələrini, susqun zəhməti, səssiz dözümü yada salır. Bu tarix insan talelərinin sərhədləri aşdığı, ümidlərin yol yoldaşı olduğu, bəzən zərurətin, bəzən də seçimin insanları doğma yurddan uzaqlara apardığı miqrasiya proseslərinin mahiyyətinə diqqət çəkir. Miqrasiya sadəcə coğrafi məkan dəyişikliyi deyil, həm də insanın öz taleyi ilə üz-üzə qalmasıdır. 

Tarixən mövcud olan miqrasiya prosesi çağdaş dövrdə daha çox aktuallaşıb  və qlobal sosial proseslərə ciddi nüfuz etməkdədir. Beynəlxalq münasibətlər sistemində miqrasiya prosesi və etnik yerdəyişmələr ən problemli, həssas məsələ kimi gündəmdədir. Bu proses ölkədaxili miqrasiya, bir ölkədən başqa ölkəyə miqrasiya, insan alveri, leqal və qeyri-leqal miqrasiya,etnik münaqişələr, sərhədlərin dəyişməsi, məcburi köçkün və qaçqınlar, qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər, zəka axını, əməkçi miqrantlar, tranzit miqrantlar, miqrasiya prosesinin dövlətlərarası əlaqələrə təsiri və digər  formalarda təzahür etməklə hər bir dövlətin xarici və daxili siyasətində önəmli yerlərdən birini tutur.  

Bu gün dünyada miqrantların hüquqlarının qorunması və miqrasiya proseslərinin tənzimlənməsi ən aktual məsələlərdən birinə çevrilib. Statistik məlumatlara görə, dünyada bir milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrantlar, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. Proqnozlar göstərir ki, 2030-cu ildə dünya əhalisinin 60 faizi şəhərlərdə məskunlaşacaq. Araşdırmalar inkişaf etməkdə olan ölkələr arasında miqrasiyanın  artdığıını deməyə əsas verir. Həmçinin tədqiqatlar göstərir ki, beynəlxalq miqrantların əksəriyyətini əməkçi miqrantlar təşkil edir.

Hazırda bəşəriyyət ikinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid olur. İndi dünyada ümumilikdə 65,3 milyon nəfər məcburi olaraq öz yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Avropanın rekord həddə sığınacaq müraciəti qəbul etməsinə baxmayaraq, qaçqınların böyük əksəriyyəti – təxminən 86 faizi hələ də kasıb və ya inkişaf etməkdə olan ölkələrdə məskunlaşıblar.

Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan ən aktual məsələdir. Son illər baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşməmişdir.  

Dünyanın müxtəlif guşələrində milyonlarla insan doğma evindən uzaqda çörək qazanır, yeni həyata uyğunlaşmağa çalışır. Onlar yad küçələrdə tanımadıqları dillə danışır, yad baxışlar arasında öz kimliyini qorumağa çalışırlar. Miqrant üçün hər səhər yeni bir imtahandır – yaşamaq, qəbul olunmaq, möhkəm dayanmaq imtahanı. 

Azərbaycan tarixən miqrasiya proseslərinin həm iştirakçısı, həm də şahidi olmuş ölkələrdən biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın  ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Miqrant həyatının acısını və ağırlığını yaşamış soydaşlarımız belə talelərin  yaxşı anlayır, həsrətin nə demək olduğunu dərindən hiss edirlər. Elə buna görə də ölkəmizdə miqrantlara münasibət humanizmə, tolerantlığa və qarşılıqlı hörmətə söykənir. Azərbaycan multikultural dəyərlərin yaşadığı, fərqli mədəniyyətlərin bir-birinə sığınacaq tapdığı bir məkan kimi tanınır.

Müstəqil Azərbaycan Respublikasında miqrasiya siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində miqrasiya sahəsində müasir idarəetmə mexanizmləri formalaşdırılmış, qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti miqrasiya proseslərinin şəffaf, təhlükəsiz və humanist prinsiplər əsasında tənzimlənməsinə xidmət edir.

Beynəlxalq Miqrant Günü həm də miqrantların hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və sosial təminat məsələlərinin aktuallığını ön plana çıxarır. Miqrantlar cəmiyyətin passiv müşahidəçiləri deyil, iqtisadi inkişafın, mədəni müxtəlifliyin və sosial dinamikanın fəal iştirakçılarıdır. Onların əməyi, bilik və bacarıqları yaşadıqları ölkələrin inkişafına mühüm töhfə verir.

Eyni zamanda bu gün miqrantların qarşılaşdığı çətinlikləri də unutmamaq lazımdır. Dil baryeri, mədəni fərqlər, sosial uyğunlaşma problemləri bəzən onların həyat yolunu daha da mürəkkəbləşdirir. Beynəlxalq ictimaiyyətin və ayrı-ayrı dövlətlərin vəzifəsi miqrantların ləyaqətini, hüquq və azadlıqlarını qorumaq, onlara bərabər imkanlar yaratmaqdır.

Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək miqrasiya sahəsində qlobal təşəbbüslərə fəal şəkildə qoşulur. Ölkəmizin təcrübəsi göstərir ki, düzgün və balanslaşdırılmış miqrasiya siyasəti həm milli maraqlara, həm də humanitar dəyərlərə xidmət edə bilər. 

Bu gün müstəqil Azərbaycan miqrasiya məsələlərinə yalnız inzibati yox, həm də insani prizmadan yanaşır. Dövlət siyasətinin mərkəzində insan amili dayanır. Miqrasiya sahəsində aparılan islahatlar, yaradılan şəffaf və çevik mexanizmlər miqrantların hüquqlarının qorunmasına, onların cəmiyyətə inteqrasiyasına xidmət edir. Çünki miqrant yalnız işçi qüvvəsi deyil – o, cəmiyyətin canlı bir parçasıdır. Onların əməyi şəhərlərin işığında, fabriklərin səsində, evlərin istiliyində hiss olunur. 

Beynəlxalq Miqrant Günü bizi bir daha düşünməyə vadar edir: miqrant yalnız statistika deyil, o, bir insan, bir ailə, bir taledir. Sərhədlər dəyişə bilər, ünvanlar fərqli ola bilər, lakin insanın təhlükəsiz və ləyaqətli həyat arzusu dəyişməzdir. Bu arzunun gerçəkləşməsi isə yalnız qarşılıqlı anlayış, əməkdaşlıq və humanizm prinsipləri əsasında mümkündür. 

Sərhədlər xəritələrdə çəkilir, amma insan talelərində yox. İnsan üçün əsas olan təhlükəsizlik, ləyaqət və sabaha inamdır. Bu dəyərlər qorunduqda miqrasiya ayrılıq yox, yeni başlanğıc ola bilər.

 Nurəngiz Adilqızı

 XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see317

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see242

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see199

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see198

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see185

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see177

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see176

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see175

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see174

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see173

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see170

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see167

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see166

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see164

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see163

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see162

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see154

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see153

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri