Icma.az
close
up
RU
18 gündə 11 ÖLÜM Dəm qazından vaxtsız ölümlərin günahkarı kimdir?

18 gündə 11 ÖLÜM Dəm qazından vaxtsız ölümlərin günahkarı kimdir?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Havalar soyuyandan az qala hər gün kimsə dəm qazının qurbanı olur. Evlərdəki “səssiz ölüm” həyatları bitirir. Təkcə son 18 gündə 30-a yaxın şəxs dəm qazından zəhərlənib. Onlardan 11-i vəfat edib, qalanlarsa xəstəxanalıq olub.  Hər il bu mövsümdə eyni hal təkrarlanır.
 

MÖVZU İLƏ BAĞLI:
Kombi çox “qaz YAZIR”, “İran sobası” isə dəm qazı YARADIR – Limit niyə LƏĞV olunmur?

Bəs, həyatımızı zəhərləyən bu bəlanın səbəbləri nədir? Vətəndaş məsuliyyətsizliyi, istifadə etdiyimiz qazın tərkibinin təmiz olmaması, cihazların yararsızlığı, yoxsa əlaqədar qurumların əməkdaşlarının səhlənkarlığı?
Dəm qazından vaxtsız ölümlərin günahkarı kimdir?
Vətəndaş məsuliyyətsizliyi
Təhlükəsizlik eksperti Elmar Nurəliyev bu məsələdə vətəndaş məsuliyyətsizliyini önə çəkir.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, harda qaz təsərrüfatı varsa, orda təhlükəsizlik ön planda olmalıdır:
"Çünki qaz fiziki-kimyəvi xassəsinə görə yanır, partlayır və düzgün istifadə olunmayanda dəm qazı yaranır, yəni o, natamam yanma məhsuludur. Yanma prosesi düzgün getmədikdə təhlükə yaranır. Ona görə də qaz cihazı olan yerdə mütləq kifayət qədər hava olmalıdır. Əgər otaqda hava yoxdursa, orda dəm qazının yaranma ehtimalı yüksəkdir. Bu səbəbdən vətəndaşlar qaz cihazı olan yerdə havalandırmanın olmasına diqqət etməlidirlər. İlk öncə mütləq evlərdə dəm qazı, qaz sızması əleyhinə detektorlar qoyulmalıdır. Bu, qanunvericilikdə də təsbit olunub. Detektor olanda sızma zamanı klapan bağlanır və qaz axını dayanır. Dəm qazı əleyhinə detektorlar da həmçinin... Xüsusi səs siqnalı vasitəsilə xəbərdarlıq edir və insanı onun qurbanına çevrilməkdən qoruyur”.
Ekspert deyir ki, bu məsələdə hətta otaqların kvadratı da nəzərə alınmalıdır:
“Dediyim kimi, qazın yanması üçün oksigen lazımdır. Əgər oksigen çatışmazlığı olarsa, bu yanmanı pozacaq və nəticədə dəm qazı əmələ gələcək. Ona görə də ikigözlü qaz plitəsi qoyulan otaq 8 kvadratmetr, üçgözlü piltə qoyulan otaq 12, dördgözlü plitə qoyulan otaq isə 15 kvadratmetr olmalıdır. Əlavə olaraq su qızdırıcı quraşdırılırsa, otağın 20 kvadratmetr olması vacibdir.
Əfsuslar olsun ki, insanlar çox zaman binalarda otaqların yerini dəyişirlər, plastik pəncərələr kip bağlanır, ventilyasiya yoxdur, tüstü bacası işlək vəziyyətdə deyil. Belə olan halda da yanma prosesi pozulur və dəm qazı yaranır".
Dəm qazından ölüm halları daha çox hamam otaqlarında olur...


Ekspert qeyd edib ki, çox zaman dəm qazından ölüm halları hamam otaqlarında olur:
"Çünki bu otaqlarda nəfəslik olmur, yaxud da pəncərə kip bağlanır. Qapıların altında dəliklər qoyulmur. Ümumiyyətlə, təhlükəsizlik baxımından hamam otağında qaz cihazının olması məqsədəuyğun deyil. Quraşdırılsa belə, onun ventelyasiyası işlək olmalı, tüstü bacası, eləcə də detektor qoyulmalıdır. Qanunda da göstərilib ki, məişətdə qazdan istifadə olunursa, bunun məsuliyyətini istehlakçı daşıyır. Təəssüf ki, bəzi vətəndaşlar təhlükəsizlik tələblərinə əməl etmirlər”.
Möhlət hüququ verilməyəcək
Mövzu ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə də əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirdi ki, mənzillərdə və ya obyektlərdə quraşdırılan qaz detektorları əsasən, iki cür olur:
"Bunlar metana və dəm qazına həssas detektorlardır. Metana həssas detektorlar məkanda qaz sızması olarsa, yəni müəyyən hədd səviyyəsində qaz yığılarsa, siqnal verərək həmin klapanı bağlayır və məkana qaz axınının qarşısını alır. Dəm qazına həssas olan detektor da quraşdırıldığı məkanda dəm qazı yığılarsa, siqnal verərək məkandakı şəxsi ərazini tərk etməsi üçün xəbərdar edir.
E.Vəliyev qeyd edib ki, dəm qazı və metana həssas detektorlar Azərbaycan Respublikasında qüvvədə olan “Qaz təsisatı haqqında" Qanuna əsasən, istehlakçılar tərəfindən alınmalı və ixtisaslaşmış podratçı və ya qazpaylayıcısı tərəfindən müqavilə əsasında quraşdırılmalıdır:
""Azəriqaz" İstehsalat Birliyi tərəfindən yeni qazlaşdırılan obyekt və ya mənzillərdə bu detektorların quraşdırılması, yəni texniki şərtdə nəzərə alınması mütləqdir. Yeni mənzillərdə qaz çəkilişi həyata keçirilən zaman həmin detektorlar mütləq surətdə quraşdırılır”.
Evlərə baxış zamanı xeyli sayda nöqsanlar aşkarlanıb?
E.Vəliyev onu da əlavə edib ki, "Azəriqaz" İstehsalat Birliyi Nazirlər Kabinetinin qaydalarına əsaslanaraq, bu il yanvarın 1-dən noyabrın 1-dək mənzillərdə və fərdi yaşayış evlərində texniki müayinə keçirib:
“Bu, birinci il idi.  Xeyli sayda nöqsanlar aşkar olundu. Müvafiq aktlar tərtib olundu və bir nüsxəsi abonentlərə təqdim edildi. Növbəti mərhələ üçün neqativlər, yəni texniki şərtdən kənara çıxma halların bərpası ilə bağlı göstəriş, tapşırıq verildi. Öhdəlik götürüldü. Yəni bu işin xeyli hissəsi  icra olunub.
Növbəti il yanvar ayından başlanacaq texniki müayinələrdə bu işə münasibət daha sərt olacaq.
Növbəti texniki müayinələrdə texniki şərtdən kənara çıxmış abonentlərə möhlət hüququ verilməyəcək. Yəni onlara qarşı ciddi addımlar atılacaq. Düzdür, "Azəriqaz" İstehsalat Birliyi cəza vermək hüququna malik dövlət qurumu deyil. Amma Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq, ciddi şəkildə texniki şərtlərrdən kənara çıxma halları müşahidə olunan mənzil və fərdi yaşayış evlərinin qazı dayandırılacaq. Bu texniki müayinələrin əsas səbəbi də təhlükəsizliklə bağlıdır. "Azəriqaz" İstehsalat Birliyi abonentlərin təhlükəsizliyi baxımından texniki şərtdən kənara çıxma hallarının ilkin vəziyyətinə qaytarılmasını tələb edir".
Rəna Cumaqızı, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri