18 yaşlı ana doğuş zamanı körpəsini itirdi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gədəbəydə doğuş zamanı körpə ölümü qeydə alınıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 6 radələrində baş verib.
Belə ki, Zəhmətkənd kənd sakini, 2006-cı il təvəllüdlü Nuranə Hafiz qızı Nağıyeva 24 həftəlik hamiləliklə bağlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Doğuş zamanı körpə ölüb.
Faktla bağlı araşdırma aparılır.

18 yaşlı ana doğuş zamanı körpəsini itirdi
10 Dekabr 2024 14:26

