BMT: 186 milyon insan işsiz qalacaq
Icma.az, Azvision saytına istinadən bildirir.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatı (BƏT) məlumat yayıb. Bildirilib ki, bu göstərici keçən ilin səviyyəsi ilə eynidir:
"Beləliklə, ilin sonunadək təqribən 186 milyon insan işsiz qalacaq. Eyni zamanda, varlı ölkələrdə iş yerlərinin sayı 0,5%, kasıb ölkələrdə isə 3,1% artacaq. Bu onu göstərir ki, varlı ölkələrdə əhali sürətlə qocalır, əmək qabiliyyətli insanlar iş tapmaqda, yaxud öz işlərini qoruyub saxlamaqda çətinlik çəkirlər".
BƏT-in hesabatına əsasən, Avropada işsizlik səviyyəsi sabit (5,5%) qalacaq, ABŞ və Kanadada isə tədricən artacaq:
"Ümumiyyətlə, əsas problem işsizlik deyil. Dünyada təqribən 300 milyon insan gündə 3 dollardan az qazanır. Bu o deməkdir ki, onlar həddindən artıq yoxsulluq içində yaşayırlar. Afrika və Latın Amerikasının bir çox ölkəsində əhalinin əksəriyyəti kölgə iqtisadiyyatında çalışır".
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:92 milyon insan işsiz qalacaq
09 İyun 2025 11:18
80 milyon insan aclıqla üz üzə qalacaq BMT rəsmisi
12 May 2025 14:47
5 il sonra 300 milyon insan işsiz qalacaq
03 Oktyabr 2025 14:41
Azərbaycana 186 ölkədən 2,2 milyon turist gəlib
19 Noyabr 2024 15:42
Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq AZƏRTAC
11 Yanvar 2025 18:36
Baxış sayı:44
Bu xəbər 14 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları