Icma.az
close
up
RU
19 illik sevgilisiı ilə evləndiyi gün öldü

19 illik sevgilisiı ilə evləndiyi gün öldü

Icma.az bildirir, Lent az portalına istinadən.

19 illik sevdiyi ilə ailə quran qadının toyundan bir neçə saat sonra ürəyi dayanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki,  37 yaşlı Ceyd Tebrar mədə xərçəngi ilə mübarizə aparıb.

Ona 2023-cü ilin avqust ayında mədə xərçəngi diaqnozu qoyulub. Ağır vəziyyətinə baxmayaraq, Ceyd 19 ildir birlikdə yaşadığı və beş övlad böyütdüyü həyat yoldaşı Adam Kemp ilə ailə qurub.

Xəstəliyin ilk əlamətləri onun son hamiləliyi dövründə ortaya çıxıb. Qadın güclü qarın ağrılarından əziyyət çəkir, sürətlə çəki itirirdi. Həkimlər əvvəlcə bu halı hamiləlik stresiylə əlaqələndirsələr də, 2023-cü ilin fevralında doğuşdan sonra vəziyyət dəyişməyib.

Bir müddət sonra həkimlər ona II mərhələdə mədə xərçəngi diaqnozu qoyublar, lakin xəstəlik bir neçə həftə ərzində IV mərhələyə keçib. Sentyabrda isə metastazlar uşaqlığa və yumurtalıqlara yayılıb.

Ceyd bütün bunlara baxmayaraq ruhdan düşməyib. O, arzular siyahısı tərtib edib və tək bir diləyi olub, uşaqları üçün ən gözəl Yeni ili keçirmək. Lakin özü yaxşı bilib ki, bəlkə də həmin günə qədər yaşaya bilməyəcək.

Cütlük əslində 2026-cı il noyabrın 21-də, münasibətlərinin 20 illiyində evlənməyi planlaşdırıb. Amma Ceydin səhhətinə görə qərar dəyişib. Dostları və hospis əməkdaşları toy mərasimini birbaşa evdə təşkil ediblər: qeydiyyatçı tapıblar, tort və bəzəklər hazırlayıblar.

Ceyd artıq gəzə bilmədiyindən, onu təkərlikli kresloda mərasim otağına gətiriblər. Adam isə onun yanında diz çöküb ki, göz-gözə olsunlar.

“Biz ‘bəli’ dedik, o isə mənim göz yaşlarımı silərək pıçıldadı: "Ağlama, mən səni sevirəm”, – Adam xatırlayır.

Mərasimdə olanlar duyğulanaraq ağlayıblar. “Heç kim bu qədər sevgi dolu toy görməmişdi”, –  onlar bildiriblər.

Toydan sonra Adam həyat yoldaşına uzanmağa kömək edib. Onlar geyimlərini dəyişib, keçmiş illərini xatırlayıblar, həm gülüb, həm ağlayıblar.

“Onun nəfəsi dəyişdi. Hospitala zəng etdim – dedilər, artıq çox az vaxt qalır. O an anladım ki, həyat yoldaşımı elə həmin gün, onunla ailə qurduğum gün itirirəm”, –  yoldaşı danışır.

Ceyd son dəfə ərinə baxaraq “mən xoşbəxtəm, çünki artıq Missis Kempəm” sözlərini söyləyib. Bir neçə dəqiqə sonra, axşam saat 22:45-də sakitcə dünyasını dəyişib.

Adam həyat yoldaşını “inanılmaz dərəcədə güclü” qadın kimi təsvir edib: “O, son anadək sevən ana və həyat yoldaşı olaraq qaldı”.

Dostları ailəyə dəstək olmaq və uşaqların ehtiyaclarını, həmçinin dəfn xərclərini qarşılamaq üçün ianə kampaniyası başladıb.

Bu hadisə sevginin, sədaqətin və insan ruhunun nə qədər güclü ola biləcəyini, eyni zamanda həyatın necə kövrək olduğunu bir daha göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Noyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri