Hacıbaba Babayev sakinlərlə görüşdü Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla və operativ yanaşılması barədə tapşırıqlarına əsasən, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev oktyabr, noyabr, dekabr ayları üzrə rayonun bütün yaşayış məntəqələrində səyyar görüşlər keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, qrafikə uyğun olaraq, həftənin 3 günü olmaqla ümumilikdə 6 səyyar görüşün təşkili müəyyənləşdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə oktyabrın 27-si və 28-də Alnabat, Arıqıran, Miskinli və Daryurd kəndlərinin sakinləri ilə görüşüb.
Görüşlər zamanı vətəndaşların qaldırdığı məsələlər yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Kənd sakinləri dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sosial rifahının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək vətəndaş müraciətlərinin yerində dinlənilməsini və mövcud problemlərin həlli istiqamətində görülən tədbirləri müsbət dəyərləndiriblər.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 28 Oktyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















