191 ölkədən Azərbaycana əcnəbilər gəlib
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1586,0 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu say əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz az olub.
"Gələnlərin 27,9 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,8 faizi İran, 4,8 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,5 faizi İsrail, 3,4 faizi Pakistan, 3,2 faizi Özbəkistan, hər birindən 2,6 faiz olmaqla Çin və Hindistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,1 faizi Almaniya, 1,0 faizi Böyük Britaniya, 12,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,9 faizini kişilər, 33,1 faizini qadınlar təşkil edib", - məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2026-cı ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,6 faiz artaraq 77,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 faiz artaraq 619,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 33,3 faiz azalaraq 192,0 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,2 faiz azalaraq 696,7 min nəfər təşkil edib.
Vurğulanıb ki, ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,1 faizi hava, 25,5 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Sentyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















