Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

19481953cü illər deportasiyası haqqında...

19481953cü illər deportasiyası haqqında...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ulu Öndərin imzaladığı Fərmandan 27 il ötür

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, faciə və məşəqqətlərə məruz qalıb.

Həmişə Azərbaycanın taleyini düşünən sabiq Prezident Heydər Əliyev tarixin bu günündə - 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından  kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb. Aradan 27 il keçib.

Ancaq zaman ötdükcə bu sənədin siyasi və ümummilli önəmi daha dərindən dərk olunur. Fərmanda da vurğulandığı kimi, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizlənmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Tarix unutqanlığı bağışlamır. Faciələrimizdən ibrət götürməli, tariximizi dərindən öyrənməliyik. Əks halda, yeni-yeni müsibətlərlə üzləşə bilərik. Bəhs olunan fərman da bizə məhz bunu aşılayır. Sənəddə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə dövlət komissiyasının yaradılması tapşırılıb. Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təşkilatlanaraq səmərəli fəaliyyət göstərən Qərbi Azərbaycan İcması  (QAİ) tarixi ədalətin bərpası istiqamətində məqsədyönlü addımlar atır. QAİ-nin səyləri sayəsində bu məsələ artıq beynəlxalq müstəviyə çıxarılıb. Ermənistan dövləti soydaşlarımızın qayıdış hüququnu tanımalı və onların ləyaqətli şəkildə geridönüşünə şərait yaratmalıdır.

23 dekabr 1947-ci il tarixli müdhiş qərar

1948-1953-cü illərdə baş verənlər xalqımızın XX yüzillikdə üzləşdiyi sayca üçüncü deportasiya idi. Bu deportasiya İkinci Dünya müharibəsinin sonlarından etibarən formalaşan reallıqlar fonunda baş tutub. Həmin dövrdə fürsətcil ermənilər, o cümlədən də erməni kilsəsi keçmiş ittifaq rəhbərliyinin, necə deyərlər, saqqızını oğurlayıblar. Belə ki, onlar hakim elitanın indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı növbəti deportasiyanın həyata keçirlməsi barədə planın reallaşdırılmasına razılıq verməsinə nail olublar. Deportasiya planı Eçmiədzin kilsəsinin arxiyepiskopu G.Çörəkçyanın 1945-ci il aprelin 19-da Moskvada  İ.Stalinlə görüşündən sonra xüsusilə aktiv fazaya daxil olub və hazırlıqlara başlanıb. 1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan KP MK-larının birinci katiblərinin adından İ. Stalinin adına məktub göndərilir. Birgə məktubda Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlının köçürülməsi məsələsini həll etmək xahiş olunurdu. Əlbəttə, bu məktub Azərbaycan tərəfindən könüllülük əsasında deyil, bilavasitə mərkəzi hakimiyyətin diktəsi ilə imzalanmışdı. Həmin məktub əsas götürülməklə 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər. 10 mart 1948-ci il tarixində SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul edib. 14 maddədən ibarət olan bu qərarda köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan və Ermənistan Nazirlər Sovetlərinin qarşısında konkret tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulub.

Məcburi xarakter daşıyan “könüllü” köçürmə

Soydaşlarımızın doğma yurd yerlərindən çıxarılması prosesinə vaxt itirlmədən,  dərhal başlanıldı. “Könüllü “ köçürmə əslində məcburi səciyyə daşıyırdı. Ailələr alçaldıcı bir tərzdə alın təri ilə tikdikləri evlərindən zorla çıxarılırdılar, etiraz edənlərə təzyiqlər göstərilir, insanlara hətta ev əşyalarını götürməyə belə imkan verilmirdi.

 Eyni zamanda, soydaşlarımızı yeni ünvanda da məşəqqətlər gözləyirdi. Arxivlərdə qalan faktlar dəhşət saçır. 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8110 ailədən yalnız 3232-si yaşayış evləri ilə təmin olunmuşdu. 1950-ci ildə köçürülənlər üçün 3500 ev tikmək qərara alınsa da, cəmi 470 ev tikilmişdi. Yalnız 1488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olunmuşdu. 1951-ci ildə köçkünlər üçün 5000 yaşayış evinin tikintisi planlaşdırılsa da, cəmisi 3074 ev tikilib istifadəyə verilmişdi. 1952-ci ildə Ermənistan SSR-dən Kür-Araz ovalığına 600 təsərrüfatın köçürülməsi planlaşdırılır və plan artıqlaması ilə (124,6 faiz) yerinə yetirilir.

Deportasiyanın son dərəcə ağır şərtlər əsasında həyata keçirildiyini Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevin SSRİ Nazirlər Soveti sədrinin müavini V.Malenkova ünvanlandığı 27 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli yuxarıda sadalanan qərarların yerinə yetirilməsinin vəziyyəti haqqında hesabat xarakterli məktubundan da görmək mümkündür. Həmin məktublarda  Kür-Araz ovalığına köçürülən əhali üçün bütün zəruri şəraitin yaradılmadığı - yaşayış üçün mənzillərin olmaması, torpağın yararlı hala salınmaması, su təchizatının həll edilməməsi və digər nöqsanlar vurğulanırdı. Bütün bunları nəzərə alaraq, Ermənistan SSR-dən azərbaycanlıların köçürülmə planında dəyişiklik edilərək bu rəqəmin 1949-cu ildə 15000-dən artıq nəzərdə tutulmaması, Ermənistanın dağlıq rayonlarından köçürülənlərin Azərbaycanın dağlıq rayonlarında yerləşdirilməsinə icazə verilməsi SSRİ Nazirlər Sovetindən xahiş edilirdi.

Lakin amansız deportasiya planında dəyişiklik edilmədi.  SSRİ Nazirlər Soveti dəfələrlə edilən bu cür müraciətlərə bir qayda olaraq cavab verirdi ki, təsdiq edilmiş köçürmə qrafikindən kənara çıxmaq olmaz. Prezident Heydər Əliyevin imzaladığı fərmanda da soydaşlarımızın yurd yerlərindən qəddarlıqla, repressiv metodlarla məcburi köçürülməsinə xüsusi diqqət çəkilərək vurğulanıb:  “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.

Tarixi torpaqlarımızda azərbaycanlı izinin itirilməsi

Ümumiyyətlə, 1948-1953-cü illərdə indiki Ermənistan ərazisindən azərbaycanlıların zorla çıxarılması İrəvan da daxil olmaqla 200-dən artıq yaşayış məntəqəsini əhatə edib. Tarixi torpaqlarımızda azərbaycanlı izinin itirilməsi də amansız deportasiyanın tərkib hissəsi idi. Ermənilərin uydurma tarix və oğurluq mədəniyyəti yaratdıqları hər kəsə bəllidir. Onların ayrı - ayrı dövrlərdə bu və ya digər tarixi ünvanda torpağı qazaraq ora xaçkarlar, müxtəlif erməni simvolları basdırdıqları və sonradan həmin yerlərdə “arxeoloji” qazıntılar apararaq erməni “irsini” aşkarladıqlarına dair çoxlu məlumatlar yayılıb. Oxşar əməliyyatlar azərbaycanlıların zorla çıxarıldıqları ərazilərdə də təkrarlanıb.

O cümlədən İrəvanda və digər ünvanlarda Azərbaycan dillidə olan təhsil müəssisələri, teatlar bağlanıb, 60-dan artıq yaşayış məntəqəsində toponimər eybəcər erməni adları ilə əvəzlənib.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri