Icma.az
close
up
RU
1990 ci ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu AZƏRTAC

1990 ci ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Konstitusiya Məhkəməsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, 20 Yanvar faciəsi xalqımızın qürur mənbəyi, milli birlik və vətənpərvərliyin simvolu kimi Azərbaycan tarixinə həkk olunub. Bu hadisə ümumxalq faciəsi olmaqla yanaşı, tariximizin mühüm dönüş nöqtəsi, müstəqillik uğrunda mübarizəmizin başlanğıcı kimi də dəyərləndirilməlidir. 20 Yanvar faciəsi tarixi yaddaşımızda hüzn günü kimi yadda qalsa da, Azərbaycan xalqının taleyinin və tarixinin fədakarlıq, eləcə də qəhrəmanlıq səhifəsidir. XX yüzilliyin sonunda müxtəlif faciələrlə üzləşən xalqımız müstəsna iradə və cəsurluq nümunəsi göstərərək, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan tarix yazmağa müvəffəq olub.

Sədr çıxışında qeyd edib ki, 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində verildi. Faciənin növbəti günü Ümummilli Lider ailə üzvləri ilə birgə Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gedərək, verdiyi cəsarətli bəyanatı ilə faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əliyevin 1993-cü ildə xalqın arzusu və təkidi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş vermə səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində dövlət səviyyəsində mühüm addımlar atıldı. Məhz onun təşəbbüsü və göstərişi ilə Milli Məclisin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarı qəbul edildi. Həmin Qərarla baş vermiş faciə hərbi təcavüz və cinayət kimi qiymətləndirilərək, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.

Sədr bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həllini dövlətin mühüm vəzifələrdən biri kimi müəyyənləşdirməklə, bu istiqamətdə böyük tədbirlərin həyata keçirilməsinə nail olub. Dövlət başçısının 2006-cı il yanvarın 19-da 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə bağlı Fərmanı şəhidlərin xatirəsinə xüsusi diqqətin təzahürüdür.

Qeyd olunub ki, tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən cinayətlər onun öz müstəqilliyi, azadlığı uğrunda mübarizə əzmini qıra bilməyib. 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsi, müqəddəs amal uğrunda mübarizələri 44 günlük Vətən müharibəsi iştirakçıları tərəfindən də şücaətlə davam etdirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi respublikamızın suverenliyinin, ərazi bütövlüyünün tam bərpasına və xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi.

Tədbirin yekununda vurğulanıb ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. Tariximizin milli qürur günü sayılan 1990-cı ilin 20 yanvar hadisəsi ilə Azərbaycan xalqı azadlığı, suverenliyi və müstəqilliyi uğrunda mübarizəsini dünyaya sübut etdi. 20 Yanvar şəhidlərinin əziz xatirəsi millətimizin yaddaşında daim yaşayacaq və ehtiramla yad ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri