Icma.az
close
up
RU
1992 ci ilin iyulu, 845 in Pircamal rəşadəti 33 illik tarix

1992 ci ilin iyulu, 845 in Pircamal rəşadəti 33 illik tarix

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl ünvanıma bir məktub gəldi. Məktubu Milli Qəhrəman Allahverdi Bağırovun komandiri olduğu 845 saylı Ağdam Ərazi Özünümüdafiəi batalyonunun o vaxtkı döyüşçülərindən biri Aqşin Abdullayevdən  gəlmişdi.

Bilirsiniz, bir zamanlar 760 nəfərlik olan "Vətən oğulları"batalyonu Qarabağda ermənilərə qan uddurmuş, qəhrəmanlıq tarixi yazmışdılar.
Məktubda xahiş edirdilər ki, 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə keçmiş döyüş yolllarının bir günü Adalet.az saytında çap edilsin. 1992-ci ildə Azərbaycan oğullarının düşmənə qarşı yenilməzliyinə, cəsarətinə, qəhrəmanlığına saytımız vasitəsi ilə yenidən işıq salınsın . O illər bayram əhval-ruhiyyəsi günlərində bir də xatırlansın.
Qarabağda qanlı müharibənin bir günü: Ölümü heçə sayan oğullar
1992 -ci İyulun 31-dən avqustun 1-nə keçən gecə dağlara güclü yağış yağdı. Naxçıvanik, Pircamal və Aranzəmin kəndlərinin keşiyində dayanan əsgərlərimiz ayıq-sayıq dayanmışdılar. Gecə demək olar ki, tam sakitlik idi. Ancaq ara-sıra güllə səsləri eşidilirdi. Əsgərlər keşik məntəqələrində bir-birini ayıq olmağa səsləyirdilər. Artıq dan yeri sökülməyə başlayırdı. Aşağıda-Pircamal kəndində xoruzlar səs-səsə vermişdilər. Bir azdan dərədə, bulağın başındakı tut ağaclarının arasından bir bülbül zil səslə cəh-cəh vurdu. Ağdamın Şelli kəndinə doğru uzanıb gedən taxıl zəmilərindəki torağaylar elə bil bülbülün səsinə bənd idilər... Günəş üfüqdən baş qaldırdıqca təbiət oyanırdı. Adam müharibəni unutmaq istəyir. Bir anlıq xəyala dalmaq nə gözəl olardı. Ancaq olmaz. Çünki müharibədir.
Elə bu an aləm qarışdı. Gecəki yağışdan istifadə edən düşmən özünü hiss etdirmədən meşələrlə irəliləyərək üç istiqamətdən bizim keşik məntəqələrinin yaxınlıqlarına qədər gəlib çıxa bilmişdi. Hər üç istiqamətdən eyni vaxtda qəflətən hücuma keçərək bizim keşik məntəqələrindəki mövqeləri ələ keçirməyə, bununla da bizim qüvvələri mühasirəyə salaraq Ağdamla əlaqəmzi kəsməyə çalışırdı. Ancaq düşmənin qəfil hücumundan əsgərlərimiz özlərini itirmədilər. Düşmənin hücumu getdikcə şiddətlənirdi. Hətta bəzi mövqelərdə əlbəyaxa döyüş başlanmışdı. Həyəcan siqnalı verilmiş, batalyon silaha sarılmışdı. Tezliklə kömək gəlməli idi. Ancaq kömək gələnə qədər mövqeləri hökmən qoruyub saxlamaq lazım idi. Keşik məntəqələrindən birindəyəm. Keşikdə səkkiz nəfər əsgərimiz dayanıb.
Düşmən bu istiqamətdən üç tank, bir BMP və çoxlu piyada qoşunla hücuma keçmişdi. Həmin bu səkkiz nəfər bahadırın, bu səkkiz igidin mərdliyi, şücaəti nəticəsində düşmən hücumunun qarşısı alındı, ağır itkilərə məruz qalan erməni quldurları qaçmağa məcbur oldular. Allaha şükür ki, döyüşçülərimizin səkkizi də sağ-salamatdır. İki nəfər yaralanıb. Əlibayramlıdan(Şirvan rayonu) Xudaşükür Əliyev, Ağcabədinin Kəhrizli kəndindən Anatoli Quliyev. Yaraları o qədər də ağır deyil. Onlar döyüş meydanından çıxarılaraq hospitala göndərilir. Hiss olunur ki, gərgin döyüşdən sonra uşaqlar yaman yorulublar, ancaq döyüşü qızğınlıqla müzkirə edirlər. Söhbətlərinə qoşuluram. Rota komandiri Mirəli Məmmədov : (Ağdam)
-Yağış yağanda ehtiyatlı olmaq lazımdır. Çünki yağışın səsi yaxınlaşan düşmənin hənirtisini eşitməyə mane olur. Belə yağışlardan biz də istifadə edirik. Ermənilər də axmaq deyillər. Saat altının yarısı olardı. Yağış təzə kəsmişdi. Onlar qəflətən bizim səngərləri güclü atəşə tutmağa başladılar. İrəlidəki səngərdən Zakir İsgəndərov yüyürə-yüyürə gəldi. Ağdamın Poladlı kəndindəndir, bu yerləri yaxşı tanıyır. Əvvəlcə ermənilərin piyada qüvvələri yaxınlaşa bilmiş, piyadaların ardınca döyüş texnikası kəndə daxil olmuşdu. Düşmənin ilkin həmləsindən qabaq səngərdə olan Anatoli yaralanır. Zakir Anatolini atəş altından çıxararaq onun qumabaraatanı ilə düşmən mövqelərinə atəş açıb ermənilərin mövqelərini bizə göstərmək üçün yanımıza gəldi. Artıq bizi pulemyotlarla şiddətli atəşə tuturdular. Qayaların arxasında mövqelərimizi möhkəmlətdik. Rabitə qurğularımız işləmədiyindən heç yerlə əlaqə saxlaya bilmədik. Zakiri xəbər vermək üçün arxaya göndərdim. Çox keçmədən bizim tanklarımız düşmən mövqelərini vurmağa başladı. Deməli, Zakir vaxtında özünü çatdıra bilmişdi.


-Ermənilər hücuma keçəndə siz keşikdə neçə nəfər idiniz?


-42 nəfər. Ermənilərin mühasirəsinin qarşısını almaq üçün dəstəni üç yerə böldük. 10 nəfərlik bir dəstəni ƏlibayramlıdanCavad Hüseynovun komandirliyi ilə bizdən sağ tərəfdə olan yüksəkliyə, 10 nəfərlik başqa dəstəni isə həmən yüksəkliklə qarşı-qarşıya olan digər dağa göndərdim. Düşmənin mövqelərinə şiddətli atəş açaraq bu dəstələrin təhlükəsizliyinə şərait yaratdıq. Patronumuz az qalmşdı, döyüş isə getdikcə şiddətlənirdi. 4 nəfəri isə patron gətirmək üçün arxaya yolladım. Qumbaraatanlarımızın mərmisi tamam qurtarmışdı. Ağdamlı Elmir İsgəndərov sürünə-sürünə irəliləyərək qarşısındakı səngərdə qalmış qumbaratan mərmilərini gətirdi. Bu bizi bir qədər ruhlandırdı. Çünki əgər düşmən tankları irəliləsə idilər, onları vurmağa heç bir silahımız yox idi. Ermənilərin tankları Aranzəmin kəndinə gələn yolu fasiləsiz atəşə tutur, bununla da artıq bizə köməyə can atan ehtiyat qüvvələrin qarşısını almağa çalışırdılar. Bu döyüşdə birinci qurbanı burada verdik. Köməyə gələn əsgərlərimizdən bir nəfər Şamaxıdan Şirəliyev Xoşbəxt Şirəli oğlu düşmən tankının atdığı mərmidən həlak oldu.
Bizim dayandığımız mövqe uğrunda qızğın döyüş davam edirdi. Düşmən Pircamal kəndinə daxil olmaq və biz dayandığımız yüksəklikdən ətraf məntəqələri, bizim tankları vurmaq niyyətində idi. Son nəfəsimizə qədər vuruşmağı qərara aldıq. Yüksəkliyi əldən vermək məğlubiyyət demək idi. Ermənilər bu niyyətlərinin baş tutmadığını yəqin etdikdə hücumun istiqamətin bir qədər dəyişdilər. Atəşləri də kəskinləşdi. Bizim minatanlar və tanklar onların əvvəlki mövqelərini vurdular. Belə olduqda mən Cahid Vəlixanovu (Ağdam) ermənilərin təzə tutduqları mövqelərin yerlərini xəbər vermək üçün bizim başqa keşik məntəqələrinə göndərdim.


Cahid Vəlixanov: -Təxminən bir kilometr yarım yolu qaça-qaça getməli idim. Gedəcəyim yolun əsas hissəsi güllə tutmayan yerlər idi. Ancaq bir yerdə 50-60 metrlik yol kənardan aydın görünür. Buradan keçəndə məni pulemyotla atəşə tutdular. Həmin məsafə az da olsa bu yolu fasiləsiz güllə yağışının altında keçməli oldum. İdmanla məşğul olmağım köməyimə çatdı. Bir də necə deyərlər , yəqin anam namaz üstündə imiş. Sağ-salamat özümü uşaqlara çatdıra bildim.


Kapitan Məmmədov : - Patron dalınca göndərdiyim uşaqlar gəlib çıxmamışdı. Patronlarımızsa tükənmək üzrə idi. Ağdamın Ətyeməzli kəndindən olan Nurəddin Məmmədovu patron üçün göndərdim. Hardan olursa-olsun patron tapıb gətirməyini əmr etdim. Bu zaman ermənilərin BMP-si piyadaları arxa mövqelərdən qabağa daşıyırdı. Bu isə çox təhlükəli idi. BMP-nin qarşısı alınmasa düşmən xeyli irəliləmiş olardı. Şamil Rüstəmov (Ağdam) məndən çox xahiş etdi ki, sürünərək irəliləyib, BMP-ni vursun. Bu aşkar ölümə getmək idi. Çünki Şamil sürünüb gedə bilərdi. Ermənilər onu görməzdi. Beləliklə BMP-ni vurardı. Ancaq bundan sonra düşmən onu haradan atdığını mütləq görərdi. Nəticədə onun geriyə yolunu kəsər, ya əsir alar, ya da vurardılar. Mən bir igid oğlumuzu qurban verə bilməzdim. Başqa çıxış yolu tapmaq lazım idi. BMP-ni gözdən qoymamağı tapşırdım. BMP bizimlə üzbəüz mövqelərə qədər gəldi. Maşından 10 nəfər erməni qulduru çıxıb yerə tökülmək istədikdə, özlərinə yer seçmiş Şamil, Əlibayramlıdan Həbib Məmmədov sərrast atəşlə ermənilərdən ikisini vurub yerə sərdi. Qalanlarına isə maşından aralanmağa imkan vermədilər. Sağ qalan ermənilər BMP-yə doluşub geriyə qaçmağa məcbur oldular. Mövqelərimizi "döyən" düşmən pulemyotunu vurub susdurdular. Patronlarımız isə qurtarırdı. Səngərləri gəzərək yerə düşmüş patronları yığırdım. Daşların arasından dolu ləvazimat torbası tapdım. Başqa mövqeyə göndərdiyim uşaqlardan düşüb qalmışdı. Əsgərin belə bir vəziyyətdə məsuliyyətsizliyi məni qəzəbləndirdi. Ancaq torbada üç dolu patron darağı, 500-ə qədər açıq patron var idi. Bu isə həyat demək idi.
Düşmənin planı pozulmuşdu. Hiss olunurdu ki, xeyli itki verdikdən sonra quldurların arasına vahimə düşüb. Hücumlarındakı mütəşəkkillik demək olar ki, pozulmuşdu. Tapdığım patronlar bizə çox kömək etdi. Döyüşün vəziyyəti dəyişirdi. Artıq düşmən müdafiə olunaraq geri çəkilir, biz isə müdafiədən çıxaraq hücumlarla düçməni təqib edirdik. Bu arada Aqşin Abdullayevin BMP-dən düşən 4 erməni hərbçisini yerə sərdiyinin şahidi olduq Həbib Məmmədov isə artıq 2 ermənini məhv etmişdi
Tankların köməyi ilə ermənilər geri çəkilirdilər. Geri çəkilən düşməni tamamilə məhv etməyə gücümüz çatmadı. Bu döyüşdə Anatoli və Xudaşükür yaralandılar. Döyüşçülərdən Ağdam rayonundan Cahid Vəlixanov, Elmir İsgəndərov, Şamil Rüstəmov, Nurəddin Məmmədov, Əlibayramlıdan Vaqif Xudiyev, Aqşin Abdullayev, Həbib Məmmədov igidliklə vuruşaraq düşmən hücumunun qabağını aldılar.
Erməni quldurlarının arzusu yenə də gözündə qaldı.
Xatirə isə 845 nömrəli hərbi hissənin döyüşçüsü Elxan Cəbrayıloğluna məxsusdur!
P.S.Məqaləni oxuyub başa çıxdıqdan sonra qürur hissi sınəmə sığmırdı. Qüdrətli, cəsarətli, qorxmaz, əsil vətən fədaisi olan oğullarımıza eşq olsun! Yaşasın hər zaman düşmənə qarşı amansız olan Azərbaycan ordusu!

Əntiqə Rəşid 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 İyun 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri