Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

1993 cü ilin seçimi müasir Azərbaycanın təməli

1993 cü ilin seçimi müasir Azərbaycanın təməli

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xalqının müasir tarixində dönüş nöqtəsi olmuş 3 oktyabr 1993-cü il dövlətçilik salnaməmizin ən şərəfli səhifələrindən biridir. Həmin gün xalqımız öz xilaskarına - Heydər Əliyevə etimad göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim ölkəmizi xaosdan, tənəzzüldən və anarxiyadan xilas edərək sabitlik və tərəqqi yoluna çıxardı, dövlətimizin gələcək taleyini müəyyənləşdirdi.1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Belə bir məqamda Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizin xilası üçün tarixi zərurət oldu. Ulu Öndər xalqın etimadına söykənərək cəsarətli və uzaqgörən siyasət həyata keçirdi, Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi və dövlətçiliyin möhkəmlənməsinə nail oldu.Onun həyat amalını ifadə edən məşhur sözləri bu gün də dövlətçilik andı kimi səslənir: “Mən bütün həyatımı yalnız və yalnız Azərbaycan xalqına həsr etmişəm”.1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə:

dövlət idarəçiliyi möhkəmləndi və səmərəliliyi təmin olundu,
ölkədə ictimai-siyasi sabitlik bərpa edildi,
dayanıqlı iqtisadi inkişafın möhkəm təməli qoyuldu,
xalqla iqtidar arasında etimada əsaslanan birlik formalaşdı,
Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı, dövlət suverenliyi etibarlı şəkildə qorundu,
neft strategiyası həyata keçirildi və ölkənin beynəlxalq nüfuzu gücləndi,
Milli Ordunun yaradılması və müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atıldı,
Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı,
Konstitusiya qəbul olunaraq demokratik, hüquqi dövlətin institusional əsasları quruldu,
elm, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, milli-mənəvi dəyərlərin qorunması təmin edildi.
Qeyd edək ki, “Əsrin müqaviləsi” ilə Azərbaycanın enerji siyasətinin təməli qoyuldu, ölkə regionun aparıcı dövləti və etibarlı tərəfdaşı kimi tanındı. Eyni zamanda, Ulu Öndərin balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırdı və müstəqilliyini möhkəmləndirdi. Onun müdrik sözləri bu siyasətin mahiyyətini açıq ifadə edir: “Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur”.
Bu gün respublikamız Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Onun dövlətçilik irsi, milli həmrəylik və xalq-iqtidar birliyi prinsipləri müasir Azərbaycanın uğurlarının əsasıdır.
Məhz bu möhkəm təməlin üzərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə tarixi Böyük Zəfər qazanıldı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Heydər Əliyevin arzuladığı kimi qüdrətli və qalib dövlətə çevrildi.
Bir sözlə, 32 il əvvəl xalqımızın verdiyi tarixi qərar bugünkü qalib Azərbaycanın əsasını qoydu.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müdrik dövlətçilik siyasəti və əbədi ideyaları müstəqilliyimizin dönməzliyinin təminatıdır.
Azərbaycan xalqı daim fəxr edəcək ki, onun tarixində dahi rəhbər, xilaskar Lider - Heydər Əliyev olub. Bu yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və xalqımız yeni zirvələrə doğru inamla irəliləyir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see223

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see164

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri