1996 cı ilin əfsanəvi hiti 30 il sonra yenidən gündəmdə
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
1996-cı ilin məşhur hitlərindən olan "Time Marches On" təxminən 30 il sonra yenidən populyarlıq qazanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mahnının yenidən gündəmə gəlməsinə TikTok-da yaranan trend səbəb olub. Əsərin "Smokes a lot of dope" misrası sosial şəbəkədə məşhurlaşaraq çoxsaylı yumoristik videolarda istifadə edilməyə başlanıb. Ceymi Conson və Treysi Lourens mahnını "Grand Ole Opry" səhnəsində birlikdə ifa ediblər. Onlar ifa zamanı TikTok-da məşhurlaşan həmin hissəni də fərqli formada səsləndiriblər.
"Time Marches On" 18 mart 1996-cı ildə təqdim olunub. Adi bir ailənin həyatının zamanla necə dəyişdiyindən bəhs edən mahnı qısa müddətdə böyük uğur qazanıb. Əsərdə Henk Uilyamsın "Kaw-Liga" və Bob Dilanın "Like a Rolling Stone" mahnılarına da istinad edilib.
"Time Marches On" "Billboard Hot Country Singles & Tracks" hit-paradında üç həftə ardıcıl birinci yerdə qalaraq Treysi Lourensin karyerasının ən uğurlu mahnılarından birinə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 10 Avqust 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















